“Euronews“ kanalı Nic qəsəbəsi haqqında süjet çəkib
Tarix: 15.05.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


"Euronews" telekanalı Qafqaz Albaniyası dövründə yaşayanların nəsillərinin məskunlaşdığı Azərbaycanın Nic qəsəbəsi haqqında süjet çəkib.
Süjetdə deyilir ki, udinlər planetin ən qədim xalqlarından biridir: "Onların ulu babaları haqqında ilk xatırlatmaya hələ Herodotda rast gəlmək olar. Bu gün udinlərin sayı çox deyil və onlar bütün dünyaya səpələniblər. Lakin onların böyük əksəriyyəti, yəni 4 mindən çoxu burada - Nicdə yaşayır. Qəsəbə Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ şəhərindən 40 kilometrlik məsafədə yerləşir və udinlər öz xalqlarının qədimdən burada yaşadıqlarına inanırlar".
"Çeşmə" Udin Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakiri süjetin müəllifinə Qafqaz Albaniyasında daha 26 tayfanın yaşadığı barədə danışıb.
Azərbaycanın Alban-udin xristian icmasının sədri Robert Mobili hesab edir ki, udinlər Qafqaz-İberiya dilində danışan və xristianlığın şərq cərəyanına etiqad edən çox fərqli xalqdır.
Süjetdə deyilir ki, xristianlığın simvollarına hətta kilsəyə getməyə adət etməmiş Nic sakinlərinin məişətində də rast gəlmək mümkündür.
Müəllif danışır ki, xeyir-dua ən məşhur udin yeməklərindən birinin - afarın hazırlanması ilə başlayır: "Bu yeməyin əsas tərkib hissəsi gicitkəndır. C vitamini ilə zəngin olan bu yandıran bitki keçmişdə yoxsulları qışdan sonra avitaminozdan xilas edib. Tezliklə Nicin ənənəvi reseptlərinin toplusu dərc olunacaq. Lakin evdar qadınların əksəriyyəti əmindir ki, kitabdan afar hazırlamağı öyrənmək mümkün deyil".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info