Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi artıb
Tarix: 15.05.2014 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


2014-cü ilin yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 11,0 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulunun 72,5 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 14,1 milyon ton neft, 6,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.
Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,8 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.
İstehsal edilmiş sənaye məhsulunun 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 4,3 faiz üstələyib, neft-qaz sektorunda isə 2,9 faiz azalıb.
Ümumi sənaye istehsalının 93,3 faizi malların (əmtəələrin), 6,7 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18.04.2019
Buğdanın idxalı və satışı, un ilə çörəyin isə istehsalı və satışı 2020-ci ilədək vergidən azad olunub
18.04.2019
Cəbhə zonasında yerləşən raket bölmələrinin döyüş atışlı məşğələləri keçirilib
18.04.2019
Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18.04.2019
Dövlət Gömrük Komitəsinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info