Azərbaycanın ABŞ-dakı səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirilib
Tarix: 15.05.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirilib.
Səfirliyin yaydığı məlumata görə, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri və ABŞ-dakı Azərbaycan icmasının üzvlərinin qatıldığı tədbirin fəxri qonağı ABŞ Nəqliyyat Komandanlığının sabiq rəhbəri, Hərbi Hava Qüvvələrinin "4 ulduzlu" generalı Danken Maknab olub.
Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin anadan olmasının 91-ci ildönümündə onun rəhbərliyi altında ölkəmizin qət etdiyi inkişaf və tərəqqi yolundan danışıb və ümummilli liderin buraxdığı mirasa görə Azərbaycan xalqının ona minnətdar olduğunu qeyd edib.
Səfir həmçinin ümummilli liderin ABŞ ilə ikitərəfli münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində atdığı addımları xatırlatmış və bunun nəticəsində qarşılıqlı münasibətlərin dərin köklər qazandığını vurğulayıb.
Bu mənada E.Süleymanov, həmçinin ölkələrimizin hərbi qüvvələri arasında qurulmuş məhsuldar əməkdaşlığa istinad edib və tədbirin fəxri qonağı olan, ABŞ-ın mühüm əhəmiyyətə malik Nəqliyyat Komandanlığının sabiq rəhbəri, general D.Maknabın Azərbaycandan keçməklə Əfqanıstana yol açan Şimal Paylayıcı Şəbəkəsinin təsis edilməsindəki ümdə rolundan söz açıb. Səfir general D.Maknabın iştirakı ilə həyata keçirilən bu layihənin əslində regionumuzdan keçən tarixi İpək Yolunun gerçəkləşməsinə real bir töhfə verdiyini ifadə edib.
Növbəti olaraq, E.Süleymanov ümummilli lider Heydər Əliyevin ad günü kimi əlamətdar bir hadisənin qeyd olunması çərçivəsində general D.Maknaba ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafına verdiyi töhfələrə görə fəxri lövhə təqdim edib.
İlk belə mükafatla ötən ilin mayında ABŞ Konqresinin sabiq üzvü Den Bartn təltif olunmuşdu. Liderlik nümunəsi olan Heydər Əliyevin ad gününün qeyd olunması kontekstində mükafat almış hər iki sabiq ABŞ rəsmisini birləşdirən əsas cəhət də onların məxsusi liderlik keyfiyyətləri və strateji baxış nümayiş etdirməsidir.
Göstərilən diqqətə görə təşəkkür edən D.Maknab Azərbaycan haqqında xoş təəssüratlarından danışıb, eləcə də ölkəmizə səfəri və Prezidenti İlham Əliyevlə görüşündən xatirələrini bölüşüb.
General Azərbaycan ilə qurulmuş əməkdaşlığı yüksək qiymətləndirib, azərbaycanlı tərəfdaşlar, o cümlədən "Silk Way Airlines" şirkətinin dəstək və peşəkarlığını təqdir edib və Azərbaycanın regional nəqliyyat mərkəzi kimi böyük potensialını qeyd edib.
Bundan əlavə, o, Əfqanıstanla nəqliyyat əlaqəsinin təmin edilməsində Azərbaycanın strateji mövqeyini vurğulayıb və Prezident İlham Əliyevin Əfqanıstanın sabit gələcəyinin təmin edilməsi sahəsində regional nəqliyyat şəbəkəsinin inkişafının mühüm əhəmiyyəti barədə düşüncələrini uzaqgörən olaraq xarakterizə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info