“Azərbaycan yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhfə verməyə davam edir”
Tarix: 15.05.2014 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


“Azərbaycan özünün regionda və ondan kənarda balanslaşdırılmış xarici siyasəti və tərəfdaşları ilə müsbət əlaqələri ilə yaxşı tanındığı bir vaxtda yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhfə verməyə davam edir”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq "The Business Year: Azerbaijan - 2014" jurnalına müsahibəsində bildirib.
Nazir deyib ki, Böyük Britaniya Azərbaycanda bir nömrəli xarici sərmayədardır: "ABŞ və Cənubi Koreya ölkənin vacib diplomatik tərəfdaşlarıdır, İtaliya, Fransa və İndoneziya isə Azərbaycanın ixracı üçün üç əsas istiqamətdir".
U.Heyq qeyd edib ki, ümumilikdə Azərbaycan 150-dən çox ölkə ilə ticarət əlaqələrinə malikdir və Ümumdünya Ticarət Təşkilatı, BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: "Bu ikitərəfli və çoxtərəfli əməkdaşlıq ötən il ərzində Azərbaycanın davamlı diplomatik səyləri sayəsində daha da genişlənib".
Nazirin sözlərinə görə, ötən ilin dekabr ayında "Şahdəniz-2" layihəsinə başlanması da Azərbaycanın Avropa üçün ixracatçı və Mərkəzi Asiyadan enerji resurslarının mümkün tranzit nöqtəsi kimi əhəmiyyətini artırdı: "Şahdəniz-2" ölkələrimiz arasında yeni əlaqələr, əməkdaşlıq üçün yeni imkanlar və ticarət üçün yeni mənbələr yaradacaq. Bu, həmçinin Cənubi Qafqazda, Türkiyə və Avropa İttifaqında enerji təhlükəsizliyini gücləndirəcək yeni təchizat mənbələri yaradacaq. Xəzər qazının əlavə təchizatı bizim enerji təhlükəsizliyimizi, iqtisadiyyatlarımızın davamlılığını və rəqabət qabiliyyətini artıracaq".
U.Heyq bildirib ki, Böyük Britaniyanın Azərbaycanın neft və qaz layihələrinin inkişafındakı aparıcı rolundan çox məmnundur və bundan sonra da dəyərli tərəfdaşlığın gücləndirilməsinə ümid edir.
Britaniyalı diplomat həmçinin deyib ki, son illərdə Azərbaycanın xarici siyasətində ən vacib mərhələlərdən biri ölkənin inkişaf edən humanitar əməkdaşlığıdır: "Azərbaycan 2011-ci ilin dekabr ayında Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyini (AIDA) yaratdı və bu təşkilatın təşəbbüsü ilə bəzi ölkələrə humanitar yardım göstərildi".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi
23.05.2019
Qazaxıstan Prezidenti: “Azərbaycan dinamik inkişaf edən dövlət kimi dünya birliyində layiqli yer tutur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
2 Üç müharibə iştirakçısı olan general-mayor
3 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
4 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info