Azərbaycanlı tələbə İndoneziyanın rəhbər şəxsləri ilə görüşüb
Tarix: 15.05.2014 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


İndoneziya Respublikası Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie və İndoneziya Respublikası Turizm Nazirinin 15-16 may “Mədəniyyət və Turizm Festivalı” çərçivəsində Qərbi Yava əyalətinin paytaxtı Bandunq şəhərinə səfəri baş tutub.
Tədbirin açılış mərasiminə İndoneziyada təhsil alan Azərbaycanlı tələbə, İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov da İndoneziya Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupu tərəfindən dəvət olunub. O tədbir zamanı hər iki ali dövlət məmuru ilə görüşüb. Elmar İskəndərovun “Palitra”ya verdiyi məlumata görə, tədbirin əsas məqsədi İndoneziya mədəniyyətini və turizm potensialını yerli və xarici vətəndaşlara nümayiş etdirmək olub. Mədəniyyət və Turizm Festivalı zamanı minlərlə yerli sakin, xarici qonaqlar, o cümlədən İndoneziya Respublikası Parlamentinin deputatları və Turizm Nazirliyinin nümayəndələri və digər dövlət strukturlarından nümayəndələr iştirak ediblər.
Eyni zamanda, Elmar İskəndərov da İndoneziya Respublikası Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie ilə görüşü zamanı tədbirdə iştirak etdiyi üçün çox şad olduğunu bildirib, Azərbaycan və İndoneziya arasında dost və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. İndoneziya Parlamentinin Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımı məsələsində daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün təşəkkürünü bildirib. O, öz regionlarının lider ölkələri olan Azərbaycanla İndoneziya arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Qeyd edək ki, İndoneziya Cənub-Şərqi Asiya regionun ən böyük ərazisinə və iqtisadiyyatına malik ölkəsidir. Nəhəng İyirmilik ölkələri qrupuna daxildir. Əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info