“ASAN xidmət“ mərkəzinə 1 milyon 600 mindən çox insan müraciət edib
Tarix: 15.05.2014 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


İndiyə qədər "ASAN xidmət" mərkəzinə 1 milyon 600 mindən çox insan müraciət edib. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov Dövlət Agentliyinin Bakı şəhər, Sabunçu rayonunda yerləşən 4 saylı "ASAN xidmət" mərkəzinin jurnalistlərə təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, "ASAN xidmət"in hər mərkəzinə orta hesabla gün ərzində 1500-2000-ə yaxın müraciət daxil olur.
A.Hüseynov bildirib ki, mayın 7-də rəsmi açılışı olan Sabunçu rayonu 4 saylı Bakı "ASAN xidmət" mərkəzi bu gündən fəaliyyətə başlayıb.
Sektor müdiri qeyd edib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi, 8A ünvanında yerləşən 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaş yararlana biləcək: "Bununla da Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılır və paytaxt sakinləri onlara yaxın olan hər hansı "ASAN xidmət" mərkəzinə müraciət edib xidmətlərdən yararlana biləcəklər".
O bildirib ki, 4 saylı "ASAN xidmət" mərkəzin inzibati binası 5 mərtəbədən ibarətdir. Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür.
Xatırladaq ki, hazırda Bakıda 4, Sumqayıt və Gəncə şəhərlərində isə 1 "ASAN xidmət" mərkəzi fəaliyyət göstə
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info