ƏƏSMN: “324 mindən artıq şəxsə aylıq sosial müavinət ödənilir”
Tarix: 15.05.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Cari ilin 01 aprel tarixinə Azərbaycanda 13334 nəfər yaşa görə, 121856 nəfər əlilliyə görə, 39342 nəfər ailə başçısını itirməyə görə, 63094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduğuna görə aylıq sosial müavinət alır. Həmçinin müharibə veteranı və qanunvericilikdə nəzərdə tutulan digər güzəştli kateqoriyalardan olan 49 476 nəfər hər ay sosial müavinətlə təmin olunurlar.
Ümumilikdə ölkədə aylıq sosial müavinət alanların sayı qeyd olunan tarixə 324122 nəfərdir. Eyni zamanda, bu ilin ilk rübündə 34171 nəfərə, o cümlədən 28470 ailəyə uşağın doğulmasına görə, 4114 nəfər radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 971 nəfərə və dəfn üçün 616 nəfərə birdəfəlik müavinət ödənilib.
Ölkədə sosial müavinətlərin orta aylıq məbləği ötən ilin 1 aprel tarixinə olan göstərici ilə müqayisədə 10 faiz artıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanı ilə əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində müavinət cari il aprelin əvvəlindən 22 faiz artırılıb.
Dövlət başçısının 2014-cü il 17 mart tarixli Fərmanına əsasən isə əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara hər ay aldıqları 67 manat sosial müavinətlə yanaşı, cari ilin aprel ayının 1-dən etibarən ayda 60 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü də ödənilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info