Türkiyənin Azərbaycandakı səfirliyində anım tədbiri keçirilib
Tarix: 15.05.2014 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş verən faciə ilə əlaqədar bu gün bu ölkənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycan tərəfdən baş nazirin müavini Abid Şərifovla yanaşı tanınmış ictimai-siyasi xadimlər, Türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
A. Şərifov bildirib ki, Türkiyədə mədəndə baş verən çox ağır, faciəli hadisədir: “Azərbaycan olaraq biz Türkiyədə ölən vətəndaşlara Allahdan rəhmət diləyirik. Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq. Bizim sevincimiz də, kədərimiz də ortaqdır”.
Səfir İsmayıl Alper Coçkun isə deyib ki, Azərbaycanda anım tədbiri “Bir millət, iki dövlət” prinsipi ilə keçirilir: “Bizim Azərbaycan prezidenti İlham Əliyevdən aldığımız başsağlığı mesajı, eyni zamanda Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”.
Qeyd edək ki, bu günə plan məlumata görə, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info