A.Lokke: “Azərbaycan təkcə neft-qazla yox, həm də insan resursları ilə zəng olan bir ölkədir”
Tarix: 15.05.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Bu gün ATƏT-in Parlament Assambleyasının (PA) sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və “Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu”nun (İSİAMED) Baş katibi Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. BAMF-ın informasiya
Departamentindən verilən məlumata görə, onlar BAMF sədri Umud Rəhimoğlu, “Əlil Təşkilatları İttifaqı”nın prezidenti Davud Rəhimov, “Avrasiya Kredit” - Bank olmayan MMC-nin direktoru Ramil Əzizov, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının təmsilçisi Rey Kərimoğlunun iştirakı ilə geniş görüş keçiriblər.
U. Rəhimoğlu BAMF-ın yaranması, fəaliyyəti və həyata keçdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan problemlərə də toxunub. Digər təşkilat rəhbərləri də gördükləri işlər və gələcək planları haqqında danışıblar.
Söhbət zamanı R.Miglori bu görüşdən çox məmnun qaldığını deyib: “Biz siyasətçilər peşə fəaliyyətimizlə əlaqədar çox zaman cəmiyyətdən uzaq düşürük. Bu gün çox şadam ki, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə bir aradayam və bundan çox məmnunam. Gördüyünüz işlər, həyata keçirdiyiniz layihələr barədə məlumatları dinlədim. Çox vacib işlər görürsünüz, bunlara görə sizlərə təşəkkür edirəm!”
Eyni zamanda Mikro Kredit üzrə İtaliya Daimi Komitəsinin üzvü olan A.Lokke görülən işlərlə bağlı eşitdiklərindən bu təşkilatlara heyran olduğunu deyib: “Mən sizlərin gördüyü işlərə heyran oldum! Kənardan Azərbaycan deyəndə daha çox bu ölkədəki neft, qaz, enerji resursları yada düşür, amma bu gün şahidi oldum ki, Azərbaycan həm də insan resursları ilə zəng olan bir ölkədir”
Hər iki qonaq BAMF-la, eləcə də digər təşkilatlarla mədəniyyət, təhsil və sahibkarlığın inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etmək niyyətlərində olduqlarını deyiblər.
Görüşdə birgə əməkdaşlığın istiqamətləri də geniş müzakirə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info