“The Washington Post”: “ABŞ-ın xarici siyasətində qohumbazlıq var”
Tarix: 15.05.2014 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


“Dünyada ABŞ-ın xarici siyasətinin neftə və qaza susadığı barədə bir rəy yayılıb. Güman ki, bu, bir qədər bəsit yanaşmadır, amma burada açıq görünən bir həqiqət payı var. Həqiqət olub-olmadığı bir yana qalsın, beynəlxalq münasibətlərdə bu cür rəy yaranması ilə hesablaşmaq lazımdır”. Qeyd edək ki, bu barədə “The Washington Post”un jurnalisti Adam Teylor bildirib. Müəllif qeyd edir: “Vitse-prezident Baydenin oğlu Hanter Baydenin Ukraynanın ən böyük xüsusi qaz şirkətinin idarə heyətinə keçməsi barədə xəbər eşidəndə, bir bu barədə fikirləşin”. Qeyd edək ki, Yel Universitetinin məzunu olan kiçik Bayden hazırda “Burisma Holdings” şirkətinin hüquq şöbəsinə rəhbərlik edir. İctimai rəy hələ ki, bu məsələni qabartmaqdadır, amma administrasiyanın buna reaksiyası boğuq çıxır. Ağ Evin mətbuat katibi Kendr Barkoff bəyan edib: “Hanter Bayden - sərbəst insan və hüquqşünasdır. Vitrse-prezident heç bir konkret şirkətə dəstək vermir və bu şirkətlə də heç bir əlaqələrə malik deyil”.
Yazı müəllifi isə daha sonra qeyd edir: “Həqiqətən də Hanter Baydenə bu vəzifəni tutmağa mane olan heç bir qanun yoxdur. Və güman etmək olar ki, onun təyinatı ABŞ tərəfindən Yanukoviçin devrilməsi və onun bütün qazının oğurlanması üçün təşkil edilmiş təxribatın bir hissəsi deyil”.
Hər şeydən öncə jurnalisti şirkətin sahibləri ilə bağlı məlumatlar maraqlandırır. 2012-ci ildə Ukrayna ilə bağlı araşdırmada “Forbes” göstərib ki, qeydiyyat sənədlərinə görə, bu şirkət Nikolay Zloçeskoya - “Regionlar partiyası”ndan olan keçmiş nazir və deputata məxsusdur. Ukrayna enerji analitikləri qeyd etmişdilər ki, Baydenin təyinatı Yanukoviçin daha nüfuzlu müttəfiqlərinin sanksiyalardan qaçmaq cəhdləri də ola bilər.
Amma başqa bir problem də var: vitse-prezidentin oğlunun təyinatı isə ən yaxşı halda, qohumbazlıq, pis halda isə mənəviyyatsızlıq kimi görünə bilər”.
Daha sonra qeyd edilir ki, bu, amerikan xarici siyasətinin iç üzü ilə bağlı xəbər verir: “Ədalət naminə onu da demək lazımdır ki, Hanter Bayden siyasi dairələrlə bağlı olan yeganə insan deyil ki, “Burisma”da vəzifə alıb – orada idarə heyətinin üzvləri Con Kerrinin ögey oğlu Devon Arçerin dostları və keçmiş Polşa prezidenti Aleksandr Kvasnevski də var”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info