Xarici işlər naziri Finlandiya prezidenti ilə görüşüb
Tarix: 15.05.2014 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində Finlandiya prezidenti Sauli Niinisto ilə görüşüb.
XİN mətbuat xidmətindən ya verilən məlumata görə, görüş zamanı Finlandiya prezidenti iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və iqtisadiyyat, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Finlandiya arasında əməkdaşlığın daha da inkişafı üçün biznes forumların təşkilinin, səfərlər mübadilələrinin həyata keçirilməsinin önəmli olduğunu bildirib.
Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu böyük regional enerji və nəqliyyat sahələrindəki layihələrdən danışan nazir Elmar Məmmədyarov, Finlandiyanın da bu layihələrdə iştirakının arzu edilən olduğunu qeyd edib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə Finlandiya prezidentinə məlumat verib, regional inkişafa və sabitliyə təhdid olan bu münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini həmsöhbətinin diqqətinə çatdırıb. O, Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində prioritetləri və Aİ ilə əməkdaşlığa dair Azərbaycanın mövqeyi barədə məlumat verib.
Finlandiya Prezidenti verilmiş məlumata görə nazirə təşəkkür edib və Azərbaycana səfər etmək niyyətini ifadə edib.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda nazir Elmar Məmmədyarov Prezident sarayında xatirə kitabına ürək sözlərini yazıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info