Talibandan seçkilərə qarşı yeni dalğa
Tarix: 16.05.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Əfqanıstanda prezident seçkilərinin ikinci turu yaxınlaşır. Beynəlxalq təhlükəsizlik qüvvələrinin də dəstək nümayiş etdirdiyi bu hadisə ölkədə taliban qüvvələrinin fəallaşması ilə müşayiət olunmaqdadır.
Mayın 12-də taliban qüvvələri “Qərb işğalçılarına”, eləcə də onların ölkədəki havadarlarına qarşı genişmiyqyaslı hücuma başlayacaqlarını bəyan ediblər. Elə həmin gün onlar ölkənin şərqindəki Nanqarhar əyalətindəki hökumət binasına hücum ediblər. Atışma nəticəsində Celalabad Ədliyyə Departamentinin 10 üzvü həlak olub. Taliblərin növbəti hədəfi Kandahar şəhərində olub. Terror aktı nəticəsində ölənlərin sayı bərədə müfəssəl məlumat yoxdur.
Hökumət qoşunlarının Talibana qarşı əməliyyatı üzrə hesabatında təşəbbüsün qarşı tərəfdə olduğunu etiraf ediblər. Qeyd edək ki, prezidentliyə namizədlərdən olan Abdullah Abdullah faktoru ölkədəki vəziyyəti çətinləşdirir. Bu yaxınlarda prezident seçkilərinin birinci turunda 11,5 % səs toplayan Zalmay Rasul Abdullah Abdullaha (44,9 %) dəstək verdiyini bəyan edib. Bu ittifaq onlara imkan verir ki, Hamid Karzainin himayəsi altında olan və seçkinin ilk turunda 31,5 % səs toplayan Əşrəf Qəni Ahmadzai üzərində qələbə çalıb. Xatırladaq ki, Abdullah Abdullahın ölkədə tərəfdarları ilə yanaşı əleyhdarları da kifayət qədərdir. Bu ilk növbədə Abdullahın tacik əsilli olması ilə bağlıdır ki, bu da taliban qüvvələrində çoxluq təşkil edən puştunlar tərəfindən birmənalı qarşılanmır. Bununla yanaşı, Abdullah Karzai üçün də ölkədə siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir gücünə malik şəxs kimi münasib deyil. Məhz buna görə də prezident seçkilərinin ikinci turunda Əşrəf Qəni Ahmadzainin lehinə kütləfi saxtakarlıq olacağı gözlənilir.
Bununla yanaşı, seçkilərin ikinci turunun elan edildiyi kimi, mayın 28-də yox, iyunun 14-də baş tutacağı bildirilib. Bu ərəfədə müstəqil seçki komissiyası seçkinin ilk turunda təqdim edilmiş çoxsaylı şikayətlərə baxacaq. Ehtimal edilir ki, Taliban seçkilərin ikinci turunu pozmaqda daha çox fəallıq nümayiş etdirəcək. Qeyd edək ki, Taliban rəhbərliyi bundan əvvəl, aprelin 5-də keçirilmiş seçklərin birinci turunda seçkiyə qarşı fəallıq göstərə bilməmiş səhra komandiri Molvi Abdul Qayyum vəzifəsindən kənarlaşdırıb.
Xatırladaq ki, Əfqanıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təzyiqi gücləndiyi bir vaxtda, NATO-nun təsir gücü azalmaqdadır. Belə bir anda, taliblərin əsas niyyəti hakimiyyəti ələ keçirə bilimədikləri halda, ölkəni təsir zonalarına bölməkdir. Bu halda onların prioritet məqsədi Orta Asiya ölkələrində sabitliyi pozmağa hesablanacaq. Bununla yanaşı , talibanın əbədi müttəfiqi olan Pakistan üçün Hindistanın Əfqanıstanda əhəmiyyətli dərəcədə artan nüfuzunu neytrallaşdırmaq daha asan görünə bilər
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma
23.05.2019
İngiltərənin baş naziri Tereza Meyin iddiası
23.05.2019
Әfqanıstanda terror tәşkilatı DEAŞ-a ağır zәrbә endirilib
23.05.2019
Hindistanda qarşıdurma, iki müqavimәtçi öldürülüb
22.05.2019
Çin ABŞ-ı ədalətli mövqe nümayiş etdirməyə çağırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info