“Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur”
Tarix: 16.05.2014 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Beynəlxalq Ailə Günü” ərəfəsində növbəti “Ailə Bayramı” keçirib. Ənənə halını almış bayrama 4 nominasiya üzrə (“bacarıqlı əllər”, “milli mətbəx”, ”yaradıcı ailə”, “nümunəvi ailə”) şəhər və rayon icra hakimiyyətləri tərəfindən seçilmiş ailələr iştirakçı qismində qatılıb.
Bayram tədbiri zamanı müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə verilib. Guşələrdə iştirakçı ailələr müxtəlif mövzular üzrə ekspertlərin (psixoloq, həkim, hüquqşünas, yaşlı nəslin nümayəndəsi) mühazirələrini, faydalı məsləhətlərini dinləyib, onları maraqlandıran sualları ekspertlərə ünvanlayıblar. Bununla yanaşı, bayramda müxtəlif sərgilərlə tanışlıq, bölgələrin milli-mətbəxini əks etdirən milli xörəklərin, qədim peşə sahələrindən olan əl işlərinin hazırlanması nümayiş edilib. Bayrama qonaq qismində ictimaiyyətin tanınmış xadimləri, ekspertlər, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb.
Sonda iştirakçı ailələrə komitə tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bayram münasibətilə bütün ailələri təbrik edib. O, bildirib ki, Beynəlxalq Ailə Gününün qeyd olunması artıq ölkəmizdə ənənəyə çevrilib: “Biz komitə olaraq, bu ümumrespublika bayramını hər il bir rayonda təşkil edirik. Bugünkü bayramımızda da Azərbaycanın bütün rayonları təmsil olunur”. H. Hüseynova deyib ki, hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

“Boşanmaların sayının artması
ilə bağlı statistika düzgün deyil”


AQUPDK-nın sədri bildirib ki, boşanmaların sayının artması ilə bağlı statistika düzgün deyil. Gənc ailələrin yaranmasında valideynlərin böyük rolunun olduğunu deyən komitə sədri gənclərin ailə quran zaman valideynlərin təsiri altına düşdüklərini bildirib: “Nəticədə bu ailənin gələcəyi şübhə altında qalır. Böyük məsuliyyətlə qurulan ailələrin isə gələcəyi haqqında xoş düşünmək mümkündür. Həmin ailələrin gələcəyi gözəl olur”. Komitə sədri deyib ki, bu gün gənc ailələr üçün böyük imkanlar yaradılıb, onların ev məsələləri və digər problemləri həll olunub: “Bu da təbii ki, inkişafın böyük nəticələridir. Elə insanlar var ki, bu işə məsuliyyətsiz yanaşırlar və nəticədə onların qurduğu ailə uzun sürmür”.

“Ailə psixoloqu” institutunun
hazırlanması nəzərdə tutulur


"Hazırda Azərbaycanda 2 milyon ailə var. Hər il orta hesabla ölkədə səksən mindən çox nikah qurulur. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır". Bunu Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib. Komitə sədri deyib ki, ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsi, məişət zorakılığının aradan qaldırılması, valideyn məsuliyyətinin artırılması əsas vəzifələrdəndir: “Bu görülən işlərin davam etdirilməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Həmin Konsepsiyaya əsasən “Azərbaycan ailəsi Strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Milli Fəaliyyət Planının, “Uşaq Strategiyası”nın, “Ailə psixoloqu” institutunun hazırlanması nəzərdə tutulur”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info