Dini maarifləndirmədə KİV-in imkanlarından geniş istifadə edilməlidir
Tarix: 16.05.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində mayın 13-dən etibarən din xadimlərinin təkmilləşdirmə kursları fəaliyyətə başlayıb. Bu kurslarda nəzərdə tutulmuş mühazirələr çərçivəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev dünən dinləyicilər qarşısında çıxış edib.
“Ümummilli lider Heydər Əliyev Azərbaycanda müasir din-dövlət münasibətlərinin formalaşdırılmasının banisi kimi” mövzusunda mühazirəsində dövlət müşaviri K.Abdullayev müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı söhbət açıb. Mühazirədə ulu öndər Heydər Əliyevin dövlətçilik məfkurəsində dini məsələnin rolu çoxsaylı faktlarla açıqlanıb, hazırkı mərhələdə dövlət-din münasibətlərinin sivil normalara uyğun tənzimlənməsində ölkədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib. Xüsusi vurğulanmışdır ki, Azərbaycan dövləti dindarların mənəvi tələbatlarının ödənilməsi istiqamətində əlindən gələni əsirgəmir, dini-mədəni irsin qorunub saxlanılması, inkişaf etdirilməsi yönündə vacib addımlar atır.
Dövlət müşaviri QMİ-nin din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kurslarının böyük əhəmiyyət kəsb etdiyini, bu kursların müdavimlərinin gələcək fəaliyyətləri ilə dini-mənəvi sahədə daha çox uğur qazanacaqlarına əmin olduğunu bildirib. Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib. K.Abdullayev din xadimlərini maraqlandıran suallara aydınlıq gətirərək öz tövsiyələrini çatdırıb. Dini təhsil, dini məzmunlu ədəbiyyat, məscidlərdə kitabxanaların təşkili və s. ilə bağlı məqamlara toxunan dövlət müşaviri din xadimlərini ictimai həyatda və dini-mənəvi dəyərlərin təbliği sahəsində fəal olmağa, dini maarifləndirmə işində KİV-in imkanlarından daha geniş yararlanmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info