“Son 10 ildə Azərbaycan dövlətinin beynəlxalq mövqeləri güclənib”
Tarix: 16.05.2014 | Saat: 01:52:00 | E-mail | Çapa göndər


“Həqiqətən də son 10 ildə Azərbaycan dövlətinin beynəlxalq mövqeləri güclənib, nüfuzu artıb, sosial-iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan dövləti böyük uğurlar əldə edib”. Bu barədə millət vəkili, professor Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" nəşrinə müsahibəsinə münasibət bildirərkən deyib. Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlərin tamamilə gerçəkliyi əks etdirdiyini qeyd edən millət vəkili bildirib ki, son 10 ildə Azərbaycan bir sıra ölkələrin bəlkə də 100 ildə keçdiyi inkişaf yolunu keçib
M.Qasımlının sözlərinə görə, bu inkişaf yolu ondan ibarətdir ki, güclü bir Azərbaycan dövləti yaranıb, ölkəni qorumağa qadir olan güclü, müasir ordu yaradılıb, Azərbaycan öz ərazisində hərbi baza saxlamayan ölkəyə çevrilib, 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub və üzv olduğu 2 il müddətində beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa öz töhfəsini verib: "BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində Azərbaycan dünyanın qlobal problemlərini qaldırıb və həlli yollarını göstərib. Azərbaycan tarixində ilk dəfə olaq cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrlik edib, Azərbaycanın xəritədə axtarılmasına son qoyulub və Azərbaycan rəqabətə davamlı 40 ölkə sırasına daxil olub". Millət vəkili əlavə edib ki, bir zamanlar əgər Azərbaycan xarici ölkələrə gedib nəyisə istəyirdisə, bu gün dünyanın böyük dövlətlərinin rəhbərləri Azərbaycana səfər edirlər: "Artıq Azərbaycan beynəlxalq toplantıların keçirildiyi bir mərkəzə çevrilib. Əgər vaxtilə Azərbaycan xarici ölkələrdən kredit istəyirdisə, bu gün Azərbaycan borc verən ölkədir, yəni Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Azərbaycan rəqabətə davamlı müasir bir ölkəyə çevrilib". M.Qasımlı vurğulayıb ki, Azərbaycanın müasir bir ölkəyə çevrilməsi heç şübhəsiz Prezident İlham Əliyevin bilavasitə adı ilə bağlıdır.
O, qeyd edib ki, son 10 ildə Azərbaycan dünyanın nəqliyyat və kommunikasiya mərkəzlərindən birinə çevrilib. Millət vəkili deyib ki, neft-qaz ixrac etməklə yanaşı, Azərbaycan tranzit bir ölkəyə çevrilib və ölkənin beynəlxalq əhəmiyyəti artıb: "Bundan fərqli olaraq, Azərbaycanın ərazilərini işğal edən Ermənistanda isə sosial-iqtisadi vəziyyət gündən-günə ağırlaşır. Ermənistan yalnız formal olaraq müstəqil bir dövlətdir. Əslində isə həm daxili, həm də xarici siyasətini Rusiya idarə edir".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info