Ermənilər Qarabağa yol açmaq, Laçını işğal etmək üçün 200 il çalışıblar
Tarix: 16.05.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“Laçın deyəndə göz önünə ilk növbədə mərdlik gəlir. Təsadüfi deyil ki, Andranik Gorus, Laçın, Şuşa, Xankəndi yolunu açmaq istəyərkən Xosrov bəy Sultanov onun qoşunlarını məhv edib. İndi də döyüş baş verən o dərə Qanlı dərə adlanır”.
Bunu Laçın rayonunun işğalının 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Məcburi İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Ə. Həsənov bildirib ki, ermənilər Qarabağa yol açmaq, Laçını işğal etmək üçün 200 il çalışıblar: “Təəssüf ki, ermənilər SSRİ dağılandan, Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra Laçını dünyadakı erməni diasporunun köməyi ilə müvəqqəti də olsa, işğal etdilər. İşğal dövründə laçınlıların nə mərdlikləri, nə cəsurluqları zəifləyib”. Qeyd edək ki, tədbir torpaqlarımız uğrunda döyüşlərdə həlak olan şəhidlərin və Türkiyədə kömür şaxtasında həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra “Əsirlikdə qala qalmaz” filmi nümayiş etdirilib. Tədbirdə qeyd edilib ki, hazırda Laçının 73 min 330 nəfər əhalisi Azərbaycanın 58 rayon və şəhərdə məskunlaşıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info