“AĞSTAFA EŞ”: ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Tarix: 16.05.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğacların istehlak edilmiş elektrik enerjinin bir hissəsini qeydə almaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında “Ağstafa Elektrik Şəbəkəsi”nin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 15 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 62 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,7 min manatdan artıq istehlak dəyəri bərpa edilши. Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə burada 75-dən artıq qayda pozuntusu üzrə akt tərtib olunmuş, 504,3 min kilovatsaatdan arrtıq itirilmiş elektrik enerjisinin 30,3 min manata yaxın istehlak dəyəri bərpa edilши. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 17 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
“İstehlakçıların elektrik enerjisinə olan tələbatını daha da keyfiyyətli şəkildə ödəmək, eyni zamanda qayda pozuntularını qarşısını almaq məqsədilə paylayıcı şəbəkələrdə mühüm addımlar atılır ki, bunun nəticəsində də dayanıqlıq daha da möhkəmlənib, ifrat yüklənmələr aradan qaldırılır, itkilər azaldılır, istehlak edilən elektrik enerjisinin ödənişində isə yüksək göstəricilərə nail olunur”, – deyən mənbə cari ilin son üç ayında həyata keçirilmiş təmir işləri barəsində də məlumat vedi və onu da qeyd etdi ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində 9,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2,3 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 53 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 min kilovatsaatdan çox artaraq 2.9 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artıb. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin ötən 4 ayı ərzində isə müəssisə üzrə istehlak 36,1 milyon kilovatsaatdan artıq olub. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 6,9 milyon kilovatsaata, ödəniş isə mütləq 20 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 12,3 milyon kilovatsaata yaxın olub ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 722 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2013-cü illə müqayisədə mütləq 6 faiz artıb.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan, yanğın törədə biləcək tullantılardan təmizlənib və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info