Dörd ayda Azərbaycan iqtisadiyyatı 3% artıb
Tarix: 16.05.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 18,2 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ÜDM-in 47,4%-i sənayedə, 11,1%-i tikintidə, 8,5%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0%-i nəqliyyat və anbar təsərrüfatında, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7%-i informasiya və rabitə xidmətlərində, 13,6%-i isə sosial və digər xidmətlər sahəsində istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 9,0%, o cümlədən qeyri-neft-qaz sənayesində 3,9%, tikintidə 21,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 15,7%, informasiya və rabitədə 12,3%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1%, nəqliyyat və anbar təsərrüfatında 6,1%, kənd təsərrüfatında 3,3%, sosial və digər xidmət sahələrində 3,0% artıb.
ÜDM-in 44,8%-i neft-qaz sektorunun payına düşüb və əvvəlki ilin eyni dövrünə nisbətən 3,2% faiz azalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info