“Asan İmza”nın tarifi bir aylıq endirilib
Tarix: 16.05.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Bu ilin may ayından “Asan İmza” mobil elektron imza xidməti üçün tariflərin endirilməsi ilə bağlı yeni kampaniya başlayıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan “Asan İmza”nın kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bütün mobil operatorları tərəfindən “Asan İmza” mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına start verilib. Kampaniya mayın 16-dan etibarən başlayır. “Asan İmza” mobil elektron imza xidməti üçün yeni tariflər bir ay ərzində qüvvədə olacaq.
Artıq fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları “Asan İmza” mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə - 18AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. “Asan İmza” mobil elektron imza xidmətinin əldə edilməsi ilə bağlı endirimlər fiziki şəxslər üçün 40%, hüquqi şəxslər üçün 90% və dövlət qulluqçuları üçün 80%-ə qədər təşkil edir.
Qeyd edək ki, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün “Asan İmza” mobil elektron imza üçün sertifikat ödənişsiz əsaslarla təqdim edilir. Bundan əlavə, “Asan İmza” mobil elektron imza istifadəçisi bir neçə hüquqi şəxsi təmsil etdikdə, bütün hüquqi şəxslər üçün bir “Asan İmza” SIM kartına sahib olması kifayət edir.
“Asan İmza” mobil elektron imza Azərbaycanda mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun gələn yeganə mobil elektron imzadır. Hazırda “Asan İmza” mobil elektron imza istifadəçiləri üçün Elektron Hökumət portalında - www.e-gov.az (320-yə yaxın xidmət), Azərbaycanın Vergilər Nazirliyinin elektron xidmətlər portalında – www.e-taxes.gov.az (50-yə yaxın xidmət), Hesab.az internet-ödəniş portalında və digər elektron xidmət portallarında çoxsaylı xidmətlər mövcuddur. Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin “Asan İmza” vasitəsilə cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı xidməti istifadəçilər arasında xüsusi populyarlıq qazanıb.
Bu ilin iyun ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində “Asan İmza”nın tətbiqinə başladığından, yeni istifadəçilərə yeni tariflərlə “Asan İmza” mobil elektron imzanı əldə etmələri üçün tələsmək məsləhət görülür. Əmək müqavilələrinin elektron sisteminin tətbiqi qaydaları qanunsuz məşğulluqla mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə birlikdə işlənib hazırlanıb. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə “Asan İmza” vasitəsilə bütün hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlar ƏƏSMN-nin vahid elektron bazasına əmək müqaviləsi bildirişini daxil edəcəklər. Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində işçilər üçün iş yeri və əmək haqqı ilə bağlı arayışların alınması asanlaşacaq. Arayışda faktiki əmək haqqı ilə bağlı informasiya əks olunacaq ki, bu da onlayn kreditlərin verilişi prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirmiş olacaq.
“Asan İmza” mobil elektron imzanın bütün istifadəçiləri üçün həm dövlət, həm də özəl sektorda yeni xidmətlər təqdim ediləcək. “Asan İmza” mobil elektron imzanın Azərbaycanın aparıcı banklarının internet və mobil bankçılıq sisteminə inteqrasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir. “Asan İmza” mobil elektron imza istifadəçiləri birbaşa olaraq, mobil telefondan bütün bank əməliyyatlarını (öz maliyyə vəsaitləri ilə bağlı qısa məlumatı almaq, hesab qalığını öyrənmək, istənilən bank müqavilələrini bağlamaq, bank kartının limitini müəyyənləşdirmək, kredit və lizinqlə bağlı ərizə vermək, sığortanı və b. rəsmiləşdirmə əməliyyatlarını) asan, sadə və təhlükəsiz şəkildə, istənilən yerdə həyata keçirə biləcəklər.
Qeyd edək ki, “Asan İmza” mobil elektron imza – telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” mobil elektron imza texnologiyasının əsas üstünlükləri smart-kartın oxunması və proqram təminatı üçün əlavə qurğuların istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imzanın rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.
Dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarına, hüquqi və fiziki şəxslərə “Asan İmza” mobil elektron imza üçün təkmil sertifikatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilmiş Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info