ATƏT-in həmsədrlərini dəyişmək əhəmiyyətsizdir
Tarix: 16.05.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri formatından aralanmaq istəmir”. Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə.Həsənov bunun biri neçə səbəbinin olduğunu deyib: “Əslində biz görürük ki, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir qurumdur, 20 ildə gördükləri işlərin heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri problemi araşdırıblar, bu barədə bilirlər. Ancaq həmsədrlərin nə səlahiyyəti var? Vəzifələri səfər etmək, faktı müəyyənləşdirmək, gəlib öz ölkələrinin rəhbərlərinə məruzə etməkdir, bunu da edirlər. Artıq onlar problemin içərisindədirlər. Bu format dəyişilsə, yeni bir format ortaya çıxsa, gərək bir neçə il də gözləyək, onlar gəlib hələ problemlə tanış olsunlar, öyrənsinlər. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun Əsasnaməsi elə hazırlanıb ki, həmsədrləri dəyişmək mümkün olmasın. Çünki Əsasnaməni dəyişmək üçün konsensusun əsas olduğu qeyd edilib. Ermənistan da heç vaxt konsensusa gəlmir. Ona görə də hesab edirik ki, ATƏT-in həmsədrlərini dəyişmək əhəmiyyətsizdir. Əksinə, çalışmalıyıq ki, mövcud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əli, səlahiyyəti ilə Dağlıq Qarabağ probleminin həllinə nail olaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır
22.06.2019
Yevlaxda dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info