“Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, sonra da gedir”
Tarix: 16.05.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


“Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar?” “ATƏT-in Minsk Qrupunun həmsədrləri 6 element açıqlayıb. Fransa prezidenti də səfər zamanı qarşılıqlı etimaddan danışdı. Məgər ermənilərlə aramsızda etimad olmayıb? İllərlə ən gözəl torpaqlarımızda yaşamayıb, bütün vəzifələrdə təmsil olunmayıblar? Qarşılıqlı etimad necə olur?” Bunu Laçın rayonunun işğalının 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənovun sözlərinə görə, hər dəfə bir məsələ ortaya atılır, 5 il onun ətrafında müzakirə gedir: “Ermənilərin milli azlıq kimi öz müqəddəratını təyin etmə məsələsini ortaya atırlar. Azərbaycanın daxilində öz müqəddəratlarını təyin etsinlər. Azərbaycan buna etiraz edir? Yox. Ancaq söhbət nədən gedir? Ermənilər Rusiyada da, İranda da Gürcüstanda da, ABŞ və Avropada da yaşayırlar. Ermənilər Laçını işğal etdilər, dedilər, dəhliz yaradırlar, Kəlbəcəri işğal etdilər, dedilər, bufer zona yaradırlar. Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar? ABŞ və Avropada ermənilərin kompakt yaşadığı yerlərdə də dəhliz açılmalıdır? Yaxud hansısa ölkədə milyonlarla azərbaycanlı yaşayır, biz də humanitar koridor istəyək? Biz İranda yaşayan azərbaycanlılarla bağlı nə vaxt koridor istəmişik? Bəs niyə dünyanın heç bir ölkəsi ermənilərə demir ki, düzgün yola gəlin? Sözümün canı odur ki, bu gün qondarma təkliflərin mahiyyəti münaqişənin həllinin uzadılmasıdır. Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alır, sonra da gedir. Azərbaycan Prezidenti beynəlxalq iyrənc siyasəti görərək iqtisadiyyatımızı və ordlumuzu gücləndirir. Bu torpağı azad etsə, Azərbaycan Prezidenti, ordumuz azad edəcək”.
Ə. Həsənov heç bir dövlətin bu kimi məsələlərdən sığortalanmadığını vurğulayıb: “Ona görə də xalqımızın həmrəyliyi vacibdir. Azərbaycan Prezidenti xalqımıza arxalanaraq bu işi görür. Biz işğal altındakı rayonlara, Laçına mütləq qayıdacağıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info