Azərbaycan daha əvvəllər işğal edilən torpaqları da azad etməyə qadir olacaq
Tarix: 16.05.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Laçın və Kəlbəcərə planlaşdırılan səfərinə münasibət bildirib. Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, ATƏT-in Faktaraşdırıcı Missiyası işğal altındakı rayonlara 2005-ci və 2010-cu ildə səfərlər edib. O, hər iki səfər zamanı işğal altındakı rayonlarda beynəlxalq konvensiyalara zidd, qeyri-qanuni məskunlaşma olduğunun müəyyənləşdirildiyini bildirib: “Faktaraşdırıcı Missiya 2010-cu ildə işğal olunmuş rayonlarda 14 min erməninin məskunlaşdırdığını açıqlayıb, daha sonra bu rəqəm 18 min nəfər göstərilib. Ancaq Azərbaycan tərəfində olan məlumata görə, ümumiyyətlə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma 25 min nəfərə qədər idi. ATƏT-in Faktaraşdırıcı Missiyasının son hesabatını dərc etməsinin üzərindən 4 il keçir. Növbəti missiya səfərində nə məqsəd güdür, bu da sual altındadır. Hələ əvvəlki səfərlərin nəticəsi nə olub? Bütün bu yeni təkliflər, prinsiplər, səfərlər münaqişənin həllinin uzadılmasına yönəlib. Azərbaycan prezidenti güclü ordu və iqtisadiyyatın qurulması istiqamətində fəaliyyət göstərir. Bəlkə o zaman qarşıdakı düşmən hiss edər ki, Azərbaycan dövləti torpaqlarını azad etməyə başlasa, tək 1990-cı illərdə yox, daha əvvəllər işğal edilən torpaqları da azad etməyə qadir olacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info