Gəncədə məzunlara 1050 vakant iş yeri təqdim olunub
Tarix: 16.05.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun-2014” əmək yarmarkası keçirilib. Tədbiri universitetin rektoru, professor İbrahim Cəfərov açaraq Azərbaycan Dövlət Aqrar Universitetində ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq müasir texnologiyalar əsasında yeniləşən istehsal sahələrinin tələblərinə cavab verə biləcək ixtisaslı kadrlar yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, bu tədbirlər içərisində işəgötürənlərlə səmərəli əməkdaşlıq forması olan və hər il keçirilən məzun yarmarkaları mühüm yer tutur. Təcrübə göstərir ki, belə yarmarkalar həm təsərrüfat sahibləri, həm də gənc kadrlar üçün çox sərfəlidir. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev regionların, o cümlədən aqrar bölmənin sürətli inkişafı istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Yanacağa və gübrələrə görə edilən güzəştlər, sahibkarlara subsidiyaların və güzəştli kreditlərin verilməsi, təsərrüfatların aqrolizinq yolu ilə ən müasir texnikalarla təmin olunması, eləcə də xaricdən gətirilmiş cins düyələrin onlara güzəştli qiymətlərlə satılması nəticəsində məhsul istehsalı ildən-ilə artır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov, universitetin IV kurs tələbəsi Nuranə Məmmədova və başqaları çıxış edərək hər il keçirilən məzun yarmarkalarının əhəmiyyətindən danışıb, təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Yarmarkada iştirakçılara 30-dək rayon və şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlarda 1050 vakant iş yeri təqdim olunub. Bundan başqa, 10-dan artıq müəssisə və təşkilat yarmarkada öz satış-sərgisini nümayiş etdirib.
Tədbir çərçivəsində universiteti əla qiymətlərlə bitirmiş məzunların bir qrupuna “Bakcell” şirkəti tərəfindən qiymətli hədiyyələr verilib.
N.Gəncəli




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info