Soma faciəsi ilə əlaqədar Azərbaycanın bütün məscidlərində xütbə oxunub
Tarix: 16.05.2014 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Soma faciədə həlak olanların ailələrinə maddi yardım göstərilməsi ilə bağlı sadə vətəndaşlar tərəfindən məscidlərə müraciət edilir. Bakının Əjdərbəy məscidində cümə xütbəsi Türkiyənin Manisa vilayətindəki Soma kömür mədənində baş vermiş faciəyə həsr olunub.
Məlumata görə, xütbə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev tərəfindən oxunub.
S. Musayev bildirib ki, Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə bu gün Azərbaycanda bütün məscidlərdə oxunan xütbələr Türkiyədə baş vermiş faciəyə həsr olunacaq: “Necə ki, Türkiyə ağır günlərimizdə bizim yanımızda olub, biz də bu ağır gündə onların yanındayıq. Biz “bir millət iki dövlət olaraq” hər zaman bir yerdəyik”.
S. Musayev bildirib ki, faciədə həlak olmuş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məscidə insanlar tərəfindən müraciət edilir: “Allahşükür Paşazadə məsləhət bilərsə, bu məsələ müzakirə oluna bilər”.
Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Eraslan çıxış edib. O bildirib ki, Azərbaycan çətin anda Türkiyənin yanındadır: “Biz bir millətik. İki dövlət, bir millət olaraq şəhidlərimiz yan-yanadır. Dinimiz, peyğəmbərimiz, qibləmiz birdir. Burada maddi yardımdan söhbət açıldı. Azın çoxun fərqi yoxdur. Əsas diqqətin göstərilməsidir. Allah hər kəsdən razı olsun.”
Sonda Türkiyənin Manisa vilayətində kömür mədənində vəfat edən şəxslərin ruhuna Quran oxunub.
Qeyd edək ki, bu gün Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info