Morninqstar: “7 rayon Azərbaycana qaytarılmalıdır”
Tarix: 16.05.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır. Ceyms Uorlik bunu aydın şəkildə bəyan etdi. Onun bəyanatı ABŞ hökumətinin Dağlıq Qarabağla bağlı siyasətini əks etdirir”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqladığı 6 prinsipə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, Ceyms Uorlikin bəyanatı həm Azərbaycan, həm Ermənistan tərəfini münaqişənin birdəfəlik dinc yolla həll edilməsinə hesablanıb.
“Dağlıq Qarabağla bağlı danışıqların 20 ilə qədər davam etməsi məyusedicidir. Ümid edirik ki, həm Azərbaycan, həm də Ermənistan tərəfdən müsbət addımların şahidi olacağıq", deyə səfir bildirib.
Xatrladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik mayın 7-də Vaşinqtonun Karnegi Fondunda çıxış edərək beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 6 prinsip açıqlamışdı.
1. Tərəflərin Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşaraq, onun yekun hüquqi statusunun müəyyən edilməsini gələcəyə saxlayırlar.
2. Bu müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət versin.
3. Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılır.
4. Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər olmalı, bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır.
6. Tənzimlənmə beynəlxalq sülhməramlı əməliyyat nəzərdə tutmalıdır, bunsuz sülhə zəmanət vermək mümkün deyil.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
20.03.2019
Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevə zəng edib
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info