“Gəncə Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində yeni layihə
Tarix: 16.05.2014 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyətini təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım və gənclərin məşğulluqu sahəsində bir sıra layihə və proqramlar həyata keçirib. Prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramında da qeyd edildiyi kimi bu dövlət proqramının Azərbaycanda gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsiplərinin aşılanmasına yönəldilib. Bu festivalın Azərbaycan xalqının tarixi-mədəni irsinin, milli-mənəvi və ümumbəşəri dəyərlərinin hörmət, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsində əvəzsiz rolu olacaq. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 12-20 May 2014 cü il tarixlərində Gəncə şəhərində Gəncə Şəhər İcra Hakmiyyətinin, Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə programının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyilə “İctimai işlərdə aktivlik – Vətəndaşlıq təhsili” adı altında təlim kursu keçirir. Təlimi Avropa Birliyi ölkələri, Şərqi Avropa və Qafqazın 34 gənc işçiləri üçün təşkil olunacaq. Bu görüş Azərbaycanın yerli gənclər sektorunda tərəfdaşlıq və təşəbbüslər yaratmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və gələcək təşəbbüsləri artırmaqdır. Beynəlxalq təlim kursunda qeyri-formal öyrənmə üsulundan istifadə olunaraq, tapşırıqlar, qrup işləri nəticəsində iştirakçılar vətəndaşlıq və iştirakçılıq, demokratik cəmiyyətlərin mexanizmi və Avropa vətəndaşlığı konsepti anlayışlarını öyrənəcəklər. Təlimlə yanaşı, iştirakçılar təlim müddətində Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət və ənənəsi və qədim Gəncə şəhəri haqqında məlumatlandırılacaq və ölkəmiz ilə daha yaxından tanış olacaqlar. Dünyanın hər bir yanından gəlmiş gənclər Gəncənin qədim tarixi və mədəniyyəti barəsində öyrənəcəklər. Təlim kursu “Gəncə Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində Azərbaycan, Xorvatiya, Gürcüstan, Ukraniya, Latviya, Polşa, Çex Respublikası, Almaniya, İtaliya, Rumuniya və Türkiyə olmaqla ümumilikdə 34 nəfər gəncin iştirakı ilə keçirilir. Belə ki, 17 May 2014- cü il tarixində yerli və Avropa gənclərinin iştirakı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təqdimatının keçirilməsi də nəzərdə tutulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info