Vergilər Nazirliyinin əməkdaşlarının “AmCham” üzvləri ilə görüşü olub
Tarix: 16.05.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Azərbaycan Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşları ilə işgüzar görüş keçirilib.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak edib.
"AmCham"ın bank-maliyyə-sığorta və vergi-gömrük komitələrinə üzv olan şirkətlərin nümayəndələri Vergilər Nazirliyinin əməkdaşları - nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisinin birinci müavini Elçin Məmmədov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəis müavini Həmid Zeynalov, Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbov ilə görüşüblər.
Tədbirin açılışında çıxış edən N.Şirinov nazirlik ilə Palata arasında çox səmərəli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayıb. Görüş zamanı N.Şirinov və Vergilər Nazirliyinin əməkdaşları palata üzvlərinə Azərbaycanda vergi qanunvericiliyində son dəyişik və əlavələr, həmçinin son islahatlar və vergi hesabatlığın "e-hökumət" vasitələri ilə həyata keçirilməsi perspektivləri haqqında məlumat verib.
Görüşün ikinci hissəsində Vergilər Nazirliyinin əməkdaşları işgüzar adamların suallarını cavablandırıb. Görüşün yekunu olaraq tərəflər dövlət ilə özəl sektor arasında qarşılıqlı dialoqu tənzimləməyə davam edən əməkdaşlığın gələcəkdə davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.
Azərbaycanda "AmCham" - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir
30.03.2020
AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir
30.03.2020
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib
30.03.2020
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
30.03.2020
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info