Hilton Baku otelinin nümayəndələri ATİ tələbələri ilə görüşüblər
Tarix: 16.05.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, Hilton Baku otelinin təşəbbüsü ilə keçirilmiş “Karyera həftəsi” layihəsi çərçivəsində ATİ tələbələri ilə otel nümayəndələrinin görüşü təşkil edilib.
Hilton Baku otelinin baş meneceri Todori Kalamaris tələbələrlə nəzərdə tutulmuş tədbirdən əvvəl ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərovla görüşüb, Azərbaycan Turizm İnstitutunda səmimi qarşılandığı üçün təşəkkürünü bildirib. Rektor C.Cəfərov tanınmış turizm mütəxəssislərini rəhbərlik etdiyi ali təhsil ocağında hər zaman görməkdən məmnunluğunu ifadə edib. Belə görüşlərin mütəmadi xarakter almasında maraqlı olduğunu da diqqətə çatdırıb. Rektor C.Cəfərov daha sonra bildirib ki, dünyanın aparıcı otel brendi sırasında layiqli yerə sahiblənən Hilton Baku otelinin nüfuzlu nümayəndələrinin tələbələrlə bu görüşü ATİ məzunlarının uğurlu karyera qazanmasına təkan ola bilər.
Təqdimat-seminar formatlı tədbirdə Hilton Baku otelinin baş meneceri Todori Kalamaris və İnsan resursları şöbəsinin koordinatoru Rəşad Hüseynzadə çalışdıqları otellər şəbəkəsinin əsasının 95 il əvvəl ABŞ-da Konrad Hilton tərəfindən qoyulduğunu, “Dünyanı qonaqpərvərlik işığı və istisi ilə sevindirək” devizinə hər zaman sadiq qaldığını xüsusi vurğulayıb. Rəşad Hüseynzadə tələbələrin diqqətinə çatdırıb ki, qonaqpərvərlik biznesində təkcə otellər şəbəkəsindəki otaqların sayına görə deyil, göstərilən yüksək xidmət mədəniyyəti sayəsində mənfəətlə bərabər, nüfuz da qazanmaq olar. İş prosesində komanda fəaliyyətinə xüsusi önəm verildiyi səbəbindəndir ki, Hilton Baku otelinin nüfuzu gündən-günə artır.
Təqdimat-seminarda institutun tələbələri əsasən karyeranı necə qurmaq olar, Hilton Bakuda çalışmaq üçün başlıca şərt nədir, komanda deyilən heyətdə bizləri görmək istərdinizmi, otellərdə vəzifə bölgüsü necə aparılır? kimi suallar cavablandırılıb. Eyni zamanda CV-lərin tərtib edilməsi qaydaları və müsahibə zamanı özünü təqdim etmək bacarığı barədə tələbələrə ətraflı məlumat verilib. Otelin baş meneceri ATİ-də olarkən İnstitutun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanlığı və Mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları ilə də görüşüb. Hilton Baku oteli əməkdaşlarının təşəbbüsü ilə “Karyera həftəsi” layihəsi çərçivəsində təşkil olunmuş növbəti təqdimat-görüşün sonunda ATİ-nin Tədris şöbəsinin müdiri Nərminə Abdullayeva kollektiv adından qonaqlara təşəkkürünü bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info