Azərbaycanın xarici ticarət profisiti 4,4 milyard dolları ötüb
Tarix: 16.05.2014 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 14,46 faiz azaldığını açıqlayıb. Bu barədə Komitənin hesabatında deyilir.
Bu dövr ərzində Azərbaycan 122 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 9,89 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 4,42 milyard dollara yaxın müsbət saldo yaranıb.
Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 3548 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 2513-ü hüquqi, 1035-i isə fiziki şəxsdir.
Yanvar-aprel aylarında 7,16 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,98 faiz azdır.
İxrac əməliyyatlarında dövlət sektorunun payı 6,8 milyard dollar (94,97 faiz), özəl sektor - 344,06 milyard dollar (4,81 faiz), fiziki şəxslərin payı isə 17,87 milyon dollar (0,25 faiz) olub.
Yanvar-aprel aylarının yekunlarına görə, idxal 2,73 milyard dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 13,07 faiz azdır.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 755,48 milyon dollar (27,63 faiz), özəl sektor - 1,88 milyon dollar (68,86 faiz), fiziki şəxslərin payı isə 97,56 milyon dollar (4,07 faiz) olub.
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 1292 adda məhsul ixrac, 4801 adda məhsul isə idxal olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info