ABŞ-da ölkəmizin tranzit imkanları yüksək qiymətləndirilib
Tarix: 19.05.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


ABŞ-ın aparıcı biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində Yeni İpək Yolu boyunca ölkələrin iqtisadiyyatı, onlar arasında ticarət və iqtisadi münasibətlər, ölkələrin biznes mühiti və tranzit imkanlarına həsr olunmuş 9-cu ənənəvi İpək Yolu Konfransı keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirdə Mərkəzi və Cənubi Asiya ölkələrinin, eləcə də Azərbaycan və Türkiyənin biznes və diplomatik dairələrinin, habelə ABŞ Dövlət Departamentinin və Müdafiə Daşımaları Agentliyinin (Defence Logistic Agency) nümayəndələri də iştirak ediblər. Azərbaycan tərəfindən tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Natiq Baxışov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov, Naxçıvan Dövlət Universitetinin professoru Elbrus İsayev və azərbaycanlı iş adamı Bəsrəd Paşayev iştirak edib.
ABŞ Dövlət Departamentinin (DD) regional məsələlərə məsul əməkdaşı Corc Təq və Müdafiə Daşımaları Agentliyinin nümayəndəsi polkovnik Emili Bakman çıxış edərək, indiyədək Əfqanıstandakı ABŞ və müttəfiq qoşunlarının təminatını həyata keçirən Şimal Təchizat Şəbəkəsinin (Northern Distribution Network) iqtisadi komponentlərinin artırılaraq onun gələcəkdə ölkələrin ticari və iqtisadi əlaqələrinin təşviq edilməsi üçün istifadə edilə biləcəyini vurğulayıb. Bunun üçün ölkələr arasında regional infrastrukturun yaradılması, habelə yükdaşımaların zaman və keyfiyyət baxımından daha da inkişaf etdirilməsi üçün ölkələr arasında gömrük prosedurlarının rahatlaşdırılması istiqamətində işlərin davam etdirilməli olduğu vurğulanıb. DD rəsmisi bu baxımdan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük prosedurlarının rahatlaşdırılmasını nəzərdə tutan "Silk Wind" layihəsini təqdir edib. Daha sonra o, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan səfirliyinin nümayəndəsi N.Baxışov çıxış edərək, Azərbaycanın müstəqilliyini əldə etdiyindən bəri keçdiyi iqtisadi inkişaf yolu, ölkənin bu sahədəki uğurları, habelə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə danışıb. Azərbaycanın tarixən beynəlxalq enerji təhlükəsizliyi və təchizatında xüsusi rolunun olduğunu qeyd edən çıxışçı, Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, eləcə də Avropa bazarlarına yeni həcmdə qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi barədə məlumat verib. Eyni zamanda, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolu barədə danışılıb.
Azərbaycan səfirliyinin əməkdaşı N.Baxışov və Müdafiə Daşımaları Agentliyinin nümayəndəsi E.Bakman çıxışları zamanı "SilkWay Airlines"-ın Əfqanıstana daşımalarda oynadığı rolu vurğulayıb.
AZPROMO-nun ABŞ-dakı nümayəndəsi E.Baloğlanov öz çıxışında Azərbaycanın qeyri-neft məhsullarının, xüsusilə qida, meyvə şirəsi və spirtli içkilərinin ixrac qabiliyyətindən və bu sahədə AZPROMO vasitəsilə Azərbaycan hökuməti tərəfindən ABŞ idxalçı və distribyutorlarına təklif olunan güzəştlərdən istifadə etməyə çağırıb. Eyni zamanda, o, Azərbaycanda investisiya mühiti, turizm və informasiya texnologiyaları sahəsində aparılan işlər barədə məlumat verib, həmçinin xarici investorları Sumqayıt Kimya Sənaye Parkı və Yüksək Texnologiyalar Parkının imkanlarından istifadə etməyə dəvət edib.
Naxçıvan Dövlət Universitetinin professoru E.İsayev İpək Yolunun qədim və müasir tarixlərindən məlumat verib, Naxçıvanın bu yolda oynadığı əhəmiyyətli roldan danışıb.
Çikaqo şəhərinə səfər çərçivəsində Azərbaycan səfirliyinin əməkdaşı və AZPROMO nümayəndəsinin Şimali İllinoys Universitetinin rəhbərliyi ilə görüşü baş tutub. Görüş zamanı Azərbaycanın təhsil müəssisələri, o cümlədən ADA Universiteti və Bakı Ali Neft Məktəbi barədə məlumatlar verilib.
Qeyd edək ki, Çikaqoda fəaliyyət göstərən Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin (Central Asia Productivity Research Center, CAPRC) təşkilatçılığı keçirilmiş İpək Yolu Konfransı "SilkWay Airlines" və AZPROMO-nun əsas maliyyə dəstəyi ilə baş tutub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info