Amerika Yəhudiləri Yardım Təşkilatı ADL-in qərəzli sorğusunu pisləyib
Tarix: 19.05.2014 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


“Vaad L Hatzolas Nidchei Yisroel” Təşkilatının (Amerika Yəhudilərinin Yardım Təşkilatı) Azərbaycan bölməsinin Mətbuat xidmətinin katibi Murad Salmanovun “Palitra”ya verdiyi məlumata görə “Vaad L Hatzolas Nidchei Yisroel” Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rav Şmuel Simantov Anti- Defamasiya Liqasının(ADL) sorğusunu tamamilə pisləyib. O qeyd edib ki, bu sorğu həqiqəti əks etdirmir: “Yəhudilər min illərdir bu torpaqlarda yaşayırlar. Məhz min illər öncə yəhudilər öz vətənlərindən qovulduğu zaman Azərbaycan xalqı yəhudilərə qucaq açıb. Biz 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatıq. Mərkəzimiz Bruklində yerləşir. Azərbaycanda fəaliyyət göstərən iki yəhudi məktəbindən biri olan 46 saylı məktəbin nəzdində olan yəhudi siniflərinə yardım edirik. Bundan başqa Azərbaycanda kimsəsiz uşaqlara və yardıma ehtiyac olan ailələrə də kömək göstəririk. Onu qeyd etmək istəyirəm ki bizim fəaliyyət göstərdiyimiz 20 il ərzində istər Azərbaycan hökumətindən, istərsə də Azərbaycan xalqından hər zaman xoş münasibət görmüşük. Biz istər, Amerikada istərsə də dünyanın bir çox yerində olduğumuz zaman Azərbaycanda olan yüksək tolerantlığı nümunə çəkirik. Bu gün Azərbaycanda 20 minə yaxın yəhudi yaşayır. Azərbaycan parlamentində yəhudi əsilli millət vəkili də təmsil olunur. Bundan başqa Azərbaycanda sinaqoqlar, məktəblər tam sərbəst problemsiz fəaliyyət göstərirlər. İnsanlar öz ibadətlərini rahatca icra edirlər və tolerantlıq ən yüksək səviyyədədir. Belə bir vəziyyətdə isə sözügedən sorğu tamamilə Azərbaycan və yəhudi xalqını sevməyənlərə xidmət edir”.
Murad Salman deyir ki, Azərbaycan nəinki Cənubi Qafqazın, hətta dünyanın ən tolerant ölkələrindən biridir. Bu gün Azərbaycan və İsrail arasında xoş münasibətlər var və iki qardaş xalq ortaq bir tarixi keçmişə malikdir. Məhz bu xoş münasibətlərdən və Azərbaycanın durmadan inkişaf etməsindən narahat olanlar bu uydurma sorğunu ortaya atıblar: “Biz bir daha Amerika Yəhudiləri Yardım Təşkilatı və Azərbaycan yəhudiləri adından bildirmək istəyirik ki, bu sorğu tamamilə yalandan ibarətdir. Yəhudilər tarixən bu torpaqlarda sülh içində yaşayıblar, bundan sonra da yaşayacaqlar. Son olaraq fikirlərimi isə Ümummilli lider Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Yəhudilər hər zaman Azərbaycanda rahat yaşaya bilərlər”
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info