“Bioloji müxtəlifliyimizi qoruyaq” adlı aksiya keçirilib
Tarix: 19.05.2014 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Qarşıdan gələn 22 May Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar olaraq Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi Təbiət Dostları GİB-lə birlikdə Bakı şəhərində “Biomüxtəlifliyimizi qoruyaq” adlı maarifləndirici aksiya keçirib. Aksiyanın məqsədi gəncləri və bütün təbiət sevərləri Azərbaycanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış etmək, bu mövzuda maarifləndirmə aparmaq və təbiətə qarşı daha diqqətli olmalarına səsləmək olub.
Tədbir zamanı 30-a yaxın gənc velosipedçi üzərində “Təbiətimizi qoruyaq!” şüarı olan köynəklərdə veloyürüş edərək şəhər sakinlərinin diqqətini cəlb ediblər. Veloyürüşdən sonra iştirakçılar Nəbabət bağında “Biomüxtəliliyimizi qoruyaq!” adlı seminarda iştirak ediblər. Seminarda WWF Azərbaycanın əməkdaşları çıxış edərək Azərbaycanın zəngin biomüxtəlifliyi haqqında məlumat veriblər və iştirakçıların suallarını cavablandırıblar. Təbiət Dostları GİB-in nümayəndəsi isə ekoloji- maarifləndirici fəaliyyətlərindən danışıblar.
Eyni zamanda tədbir çərçivəsində WWF Azərbaycanın fəaliyyətlərini əks etdirən təbiət və biomüxtəlifliyə aid şəkillərdən ibarət Nəbabət bağında açıq səma altında sərgi təşkil edilib. Bundan əlavə Nəbabət bağının əməkdaşları iştirakçılar üçün ekskursiya təşkil edib və bağın zəngin bitki örtüyü ilə yaxında tanış ediblər.
Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi 2001-ci ildən başlayaraq fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndəlik Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçib. Hazırda Qafqazda bəbirlərin mühafizəsi, ceyranların və bizonların reinroduksiyası, iqlim dəyişmələrinə qarşı meşə ekosistemlərinin dözümlüyünün artırılması istiqamətində layihələr həyata keçirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info