Antonius Bruk: “Azərbaycanda rifah islahatlarına bundan sonra da dəstək verəcəyik”
Tarix: 19.05.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Əmək və sosial müdafiə sahəsində beynəlxalq tərəfdaşlarla gələcək
əməkdaşlıq istiqamətləri müəyyən olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda konfrans keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünyanın inkişaf etmiş dövlətləri sırasına doğru addımlayan ölkəmizdə Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifəyə uyğun olaraq müasir yanaşma prinsipi əsasında və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bütün sahələrdə, o cümlədən əmək və əhalinin sosial müdafiəsi sahəsində uğurlu islahatların aparıldığını vurğulayıb: “Bu tədbirin keçirilməsində məqsəd də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsinin aparılmasıdır”.
S.Müslümov son illərdə Azərbaycanda uğurlu islahatlar nəticəsində əldə olunan nailiyyətlərin nüfuzlu beynəlxalq institutlar, reytinq təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini bildirib: “Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” 2013-cü il üçün hesabatında Azərbaycan mövqeyini yaxşılaşdıraraq iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 39-cu yeri tutub. Sahibkarlığın inkişafı istiqamətində dövlətin fiskal siyasəti, o cümlədən güzəştli kreditlərin verilməsi, investisiya fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi uğurlu nəticələrini verib. Belə ki, son 10 il ərzində ölkədə 99,8 faizi qeyri-neft sektorunda və 78,2 faizi regionlarda olmaqla 1 mln. 200 mindən artıq yeni iş yeri açılıb. Bu müddətdə ölkədə işsizlik səviyyəsi 10,6 faizdən 5,0 faizədək, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalıb”.
Nazir bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi və s. istiqamətlərdə Azərbaycanın gələcək illər üçün inkişaf prioritetləri müəyyən edilib. Azərbaycan Prezidentinin 15 noyabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın, digər sosial yönümlü dövlət proqramlarının uğurlu icrası sayəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Həmçinin əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması, bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər həyata keçirilib: “Tədbirlərin digər istiqaməti isə qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması və əmək münasibətinin leqallaşdırılması, əmək haqlarının vergidən və sosial sığorta ödəmələrindən yayınmaqla verilməsi hallarının qarşısının alınması, eyni zamanda işçi vətəndaşın gələcək sosial təminat hüququna malik olmasına əsas yaradılmasıdır. Bu məqsədlə aparılan islahat tədbirlərindən biri kimi Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən cari ilin yayından etibarən əmək müqavilələrinin əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməsinə başlanacaq. Hazırda sistemin istifadəyə verilməsi üzrə işlər yekunlaşmaqdadır”. S.Müslümov həmçinin əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın layihəsinin hazırlanaraq, bu ilin mart ayında Nazirlər Kabinetinə təqdim olunduğunu bildirib.
Nazirliyin əsas fəaliyyət sahələrindən biri kimi ünvanlı dövlət sosial yardımı proqramının icrasından söz açan nazir hazırda 130 mindən artıq ailənin bu proqramdan faydalandığını nəzərə çatdırıb: “Son bir il ərzində aktiv sosial yardım və ya özünə yardım proqramının tətbiqinə pilot əsaslarla başlanılıb. Bu proqram çərçivəsində ailələr öz sosial yardım müavinətlərinin bir illik məbləğini bir dəfəyə ala və bu vəsaiti gəlir əldə etməyə imkan verən müxtəlif fəaliyyətlərə yönəldə bilirlər. Nəticələr çox ümidvericidir, benefisiarların 90 faizindən çoxu gəlirlərini artırmağa nail olublar”. S.Müslümov fiziki məhdudiyyəti olan və çətin şəraitdə yaşayan uşaqlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi üçün ötən ildən vətəndaş cəmiyyəti təşkilatlarına sosial xidmət sifarişlərinin verilməsinə başlandığını, bu xidmətlərdən 2500-dən artıq uşağın və onların ailələrinin istifadə etdiyini bildirib.
S.Müslümov ölkəmizlə Aİ arasında əməkdaşlığa əsaslanan TVİNNİNQ, TAİEX və SİGMA alətləri çərçivəsində Aİ ölkələrinin aidiyyəti dövlət qurumları ilə birgə layihələrin icra olunduğunu da qeyd edib. Nazir Dünya Bankı ilə əməkdaşlıq müstəvisində konseptual baxımdan yeni, ölkə üçün vacib olan “Sosial Müdafiənin inkişafı” layihəsindən də bəhs edib: “Layihənin icrası nəticəsində işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsi, Dövlət Məşğulluq və Əmək Müfəttişliyi Xidmətlərinin institusional potensialının gücləndirilməsi, İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının, modul təlim proqramlarının hazırlanması və digər sahələrdə uğurlu işlər aparılıb. Bununla yanaşı, BMT-nin İnkişaf Proqramının dəstəyi və Norveçin SYSLAB (Yenilik və məşğulluq üzrə sistem laboratoriyası) təşkilatı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və məşğulluğun inkişafı” layihəsi xüsusi önəm kəsb edir. Bu layihənin əsas məqsədi işsizlik səviyyəsinin azaldılması, ölkəmizdə yeniliklərə əsaslanan düşüncə tərzinin həvəsləndirilməsi və mütərəqqi texnologiya əsasında kiçik və orta sahibkarlığın gücləndirilməsidir”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk dinamik sosial-iqtisadi inkişaf mərhələsini yaşayan Azərbaycanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq təcrübələrindən danışaraq, bu əməkdaşlığın nəticə etibarilə fəaliyyət sahələrində müasir tələblərə uyğun yanaşmaların tətbiqinə yönəldiyini bildirib. Ölkəmizdə aparılan islahatlar prosesinin BMT-nin İnkişaf Proqramı tərəfindən maraqla izlənildiyini qeyd edən A.Bruk cəmiyyətin ümumi rifahında mütərəqqi yeniliklərə şərait yaradan islahatlara bundan sonra da dəstək verəcəklərini vurğulayıb.
Ayrı-ayrı beynəlxalq qurumların təmsilçiləri hətta qlobal böhran illərində belə inkişaf prosesləri davam edən Azərbaycanda insan kapitalının inkişafı, əmək bazarının ümumi iqtisadi inkişafa uyğun tənzimlənməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi mexanizminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasətin təqdirəlayiq olduğunu bildiriblər. Onlar əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini ifadə ediblər.
Tədbirdə “Azərbaycanda əmək bazarı: reallıqlar və hədəflər” və “Azərbaycanda sosial müdafiə sistemi: məqsədlər, problemlər və imkanlar” mövzularında təqdimatlar olub. Açıq müzakirələr şəraitində davam edən tədbirdə beynəlxalq tərəfdaşlarla gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info