Arye Qut: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb”
Tarix: 19.05.2014 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut ABŞ-ın Antidiffamasiya Liqası (ADL) ictimai hüquq mühafizə təşkilatının “Azərbaycanda antisemitizm faktları” haqqında məruzəsini şərh edərək bildirib ki, bu məruzə provokasiya xarakteri daşıyır, Azərbaycan və yəhudi xalqlarının möhkəm dostluğunu və qarşılıqlı ehtiram hisslərini sarsıdır. A.Qut deyib: “Hamı yaxşı bilir ki, yəhudilər Azərbaycanda özlərini heç vaxt əcnəbi kimi hiss etməmyiblər və hazırda Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidirlər. İsrailin xarici işlər naziri Aviqdor Liberman bu yaxınlarda Bakıda olarkən deyib ki, özünü evdəki kimi hiss edir. Bu, yəhudi xalqına xüsusi və səmimi münasibət faktını təsdiq edir. Mən ABŞ-ın ADL ictimai hüquq mühafizə təşkilatının antisemitizmin heç vaxt olmadığı bir ölkənin - Azərbaycanın antisemitizm ruhunun daim mövcud olduğu Baltik ölkələrini və Rusiyanı nə üçün və hansı faktlar əsasında geridə qoyması qərarına gəldiyini bilmirəm.
A.Qutun fikrincə, Ermənistan ayrı məsələdir. Bu ölkə antisemitizmin səviyyəsinə görə MDB ölkələri arasında “liderdir”. Ermənistanda antisemitizm və ksenofobiya, eləcə də “ari ermənilərin” türk və semit xalqlarının nümayəndələri üzərində irqi üstünlüyü ideyası mif deyildir. Məhz bu səbəbdən müasir Ermənistan praktiki olaraq monoetnik dövlətdir. Burada yəhudilər daim azalaraq mikroskopik səviyyəyə çatmış azlıqdır və bu azlıq yaxın gələcəkdə, sadəcə, bu ölkənin etnik xəritəsindən silinəcəkdir. Ermənistandakı etnik millətçilik fonunda Azərbaycanda yəhudi cəmiyyətinin, onun mədəni və dini həyatının dirçəlməsi və inkişafı prosesi müşahidə olunur”.
O vurğulayıb ki, Ermənistanla silahlı münaqişədə olmasına və ərazilərinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Odlar Yurdu dünyanın ən tolerant ölkəsi və həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olaraq qalır. A.Qut deyib: “İsrail Dövlətinin vətəndaşı və İsraildəki Azərbaycan diasporunun nümayəndəsi kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeşlik və mehribanlıqla yanaşır. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə və unikal bir yerdir. Bura Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Burada onları ümumi tale birləşdirir və təsadüfi deyil ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3 mindən çox yəhudi həlak olub. İsrailin müasir Azərbaycanın rəhbərliyinin 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibətini yüksək qiymətləndirdiyini bildirən A.Qut deyib: “Unutmayaq ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və ölkənin hər yeddi sakinindən biri qaçqındır. Azərbaycanda antisemitizm heç vaxt olmamışdır və biz - İsraildə yaşayan Azərbaycan diasporu kimi bununla qürur duyuruq. Azərbaycan həqiqi sivilizasiyalararası dialoq nümunəsidir.
Mənə elə bir müsəlman və xristian ölkəsi göstərin ki, orada ölkə Prezidentinin və birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, ikinci belə bir ölkəni, sadəcə, tapmayacaqsınız”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info