Həmsədrlər bölgəyə səfər zamanı niyə məcburi köçkünlərlə görüşmürlər?
Tarix: 19.05.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


“ATƏT-in Minski qrupunun həmsədrləri tez-tez qarşılıqlı etimadın zəruriliyindən danışırlar. Belə olan halda niyə bölgəyə səfər zamanı Azərbaycanda məcburi köçkünlərlə görüşmürlər?” Bunu baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, işğal olunmuş ərazilərə məcburi köçkünlər qayıdacaqlar, ona görə də qarşılıqlı etimad məhz onlarla bağlı olmalıdır: “Həmsədrlər yalnız bir dəfə - 2001-ci ildə Ağdamdan olan məcburi köçkünlərlə görüşüblər. Ondan sonra bu yöndə hər hansı görüş olmayıb və bu, bir çox sual doğurur”.
Baş nazirin müavini həmsədrlərin Laçın və Kəlbəcərə səfərlərindən hər hansı nəticə gözləmədiyini deyib: “2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyalarının bölgəyə səfərləri olub və onlar yalnız işğal olunan ərazilərə ermənilərin köçməsi faktını qeydə almaqla kifayətləniblər: ”İndi də yəqin ki, gəlib həmin ərazilərdə Suriyadan ermənilərin köçürüldüyünü görəcəklər. Ancaq bu nəyi dəyişəcək? Mənasız səfərlərdən insan bezməlidir. Onlar bezmirlərmi? Həmsədrlər nəhayət ki, münaqişənin həlli istiqamətində qərar verməlidirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir
30.03.2020
AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir
30.03.2020
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib
30.03.2020
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
30.03.2020
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info