Tarix yaradan şəxsiyyətlər salnaməsi
Tarix: 19.05.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında NDU Gənclər Təşkilatının sədri, Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayevin “Tarix yaradan şəxsiyyətlər salnaməsi” adlı kitabının təqdimetmə mərasimi keçirilib.
Tədbiri rektor, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov açaraq vurğulayıb ki, universitet əməkdaşı Arzu Abdullayevin əməyinin bəhrəsi olan yeni nəşri bu sahədə tədqiqat aparan araşdırıcılar, universitet tələbələri və müəllimlər üçün layiqli töhfədir. Rektor, nəşr olunmuş kitabın əsas elmi məziyyətlərindən, müxtəlif yerli və xarici elmi mənbələrə istinadən yazıldığını qeyd edib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov yeni nəşr barədə ətraflı məruzəsində qeyd edib ki, 13 mart 2013-cü il Naxçıvan Dövlət Universiteti Elmi
Şurasının qərarı ilə “Elm və Təhsil” nəşriyyat poliqrafiya müəssisəsində çap olunan “Tarix yaradan şəxsiyyətlər salnaməsi” adlı kitabda müəllif tarixin müəyyən dövrlərində müxtəlif tarixi proseslərə təsir etmək imkanına malik olan bir qrup şəxsiyyətin çoxcəhətli fəaliyyətini işıqlandırmış, Şərq–Qərb tarixi məkanlarını təmsil edən diplomatların, sərkərdələrin, dövlət başçılarının düşüncələrini və fəaliyyətlərini izah edərkən onları fərqli milli əks qütblər kimi yox, qlobal təfəkkür kontekstində bir qədər duyğulu, müəyyən qədər də tarixi fəlsəfi baxış prizmasından təqdim etmişdir.
Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev, Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Fərid Axundov çıxışların qeyd ediblər ki, müəllifin yazı manerası özünəməxsus, dili aydın və səmimi, məntiqi fikirləri çox təsirlidir. O, təsvir etdiyi tarixi şəxsiyyətlərə oxucuda rəğbət,heyranlıq, təəccüb və həyəcan oyandıra bilir. Bildirilib ki, bu kitab Arzu Abdullayevin ilk yaradıcılıq uğurudur və inanırıq ki, o bu istiqamətdə araşdırmalarını davam etdirəcək.
Sonda müəllif tədbirin təşkilatçılarına, yeni kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib. Arzu Abdullayev “Tarix yaradan şəxsiyyətlər salnaməsi” adlı kitabın seriyal xarakter daşıdığını qeyd edərək, ikinci cildinin də tez bir zamanda işıq üzü görəcəyini bildirib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info