XİN Riçard Morninqstarın bəyanatına cavab verdi
Tarix: 19.05.2014 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycan üçün onun daxili işlərinə qarışma və ya istiqamət vermə cəhdləri qəbuledilməzdir. Azərbaycan öz siyasətində digər dövlətlərin daxili işlərinə qarışmaqdan kənar durur və bu əsasda da digər dövlətlərin, eləcə də ABŞ-ın eyni cür davranış nümayiş etdirməsini zəruri hesab edir. Dövlətlərarası münasibətlər bərabərhüquqluluq prinsipinə əsaslanmalıdır. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın fikirlərinə münasibət bildirərkən bildirib.
E.Abdullayev deyib ki, müstəqil inkişaf xəttimiz, o cümlədən uğurlu islahatlarımız, hüquqi bir dövlətin quruculuğu, güclü vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi istiqamətində gördüyümüz işlər göz qabağındadır: "Biz bir çox sahələrdə islahatlar həyata keçirərək böyük uğurlara imza atmış bir dövlətik. Bu gün beynəlxalq ictimaiyyətə uğurlu bir model kimi nümayiş etdirilmiş ölkəyik. Dünyanın bir çox nüfuzlu ölkələri Azərbaycanın uğurlu inkişaf modelini çox bəyənir və əksər hallarda çox müdrik daxili və xarici siyasət həyata keçirildiyini vurğulayırlar. Bir çox qərb ölkələrinin, o cümlədən ABŞ-ın on illiklər ərzində görə bilmədikləri işləri Azərbaycan qısa müddət ərzində görüb. Dəfələrlə bildirmişik ki, bu cür siyasi motivli bəyanatların verilməsi və müstəqil məhkəmələrin işinə müdaxilə etmək cəhdləri ölkələrimiz arasındakı münasibətlərə kölgə salır".
Onun sözlərinə görə, QHT-nin və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi dünyanın bir çox ölkələrinin qanunvericiliklərindən daha mütərəqqi və mükəmməldir: "Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə uğurlu ardıcıl tədbirlər həyata keçirilib. Bir də onu xatırlatmaq istərdim ki, diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik funksiya daşıyan şəxslərin ən əsas məqsədi ölkələr arasında qarşılıqlı anlaşma və dostluq tellərinin daha da inkişaf etdirilməsi olmalıdır. Vyana Konvensiyasının ruhuna və müddəalarına zidd olaraq, fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışmaq cəhdləri bərabərhüquqlu əsasda inkişaf etməkdə olan dostluq münasibətlərinə xələl gətirməkdən başqa bir şey deyil".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info