“Səfərimizdə əsas diqqət Laçın və Kəlbəcər rayonlarına baş çəkməyə yönəlmişdi”
Tarix: 19.05.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


“Səfərimizdə əsas diqqət Laçın və Kəlbəcər rayonlarına baş çəkməyə yönəlmişdi. Fransadan yeni təyin olunmuş həmsədri də bizimlə bərabərdir. Jak For öz missiyasını başa çatdırır”. Bunu mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəyə keçəndən sonra ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
İ. Popov bildirib ki, bütün rayonları hələ görməyən amerikalı həmsədr də bu səfərdə iştirak edir: “Biz yerli administrasiya nümayəndəliyi və rəhbərliyi ilə söhbətlər apardıq. Təmas xəttindəki hərbçilərlə də çoxsaylı məsələlər müzakirə edildi. Təmas xəttini keçmək qarşımızda duran əsas vəzifələrdən biri idi”.
Fransalı sabiq həmsədr Jak For isə 3 il ərzində ATƏT-in Minsk qrupunda həmsədrlik etdiyini xatırladıb: “Mən bu məsələ ilə çox yaxından məşğul olmuşam. Nəinki bizim komandanın, o cümlədən bizim ölkənin, prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli üçün tərəflərə əlimizdən gələn köməkliyi etməliyik. Missiyamın sonunda hər kəsə uğur və sülh arzulayıram”.
Qeyd edək ki, J. Foru bu postda Fransanın Moldovadakı keçmiş səfiri Pyer Andrie əvəz edib
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info