20 ölkənin nümayəndəsi “Univiziya” üçün Bakıda
Tarix: 19.05.2014 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


21 may 2014-cü il tarixdə Heydər Əliyev adına Sarayda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan “Birinci ol” şüarı altında “Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsinə start veriləcək.
Bu gün bu məqsədlə keçirilən mətbuat konfransında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova, nazirliyin rəsmisi Elnur Abdullayev və ATGTİ-nin sədri Şahin İsmayılov KİV nümayəndələrinə layihənin mahiyyəti haqda məlumat veriblər.
Qeyd olunub ki, artıq 2-ci dəfədir ki, ölkəmizdə baş tutan beynəlxalq yarışın hazırlıq işlərində “Eurovision” yarışmasında böyük təcrübəyə malik olan ukraynalı mütəxəssislər çalışırlar.
Azərbaycan da daxil olmaqla Avropa və Asiyanın 21 ölkəsini özündə birləşdirən beynəlxalq müsabiqədə Azərbaycanı “Univiziya” tələbələrin III mahnı müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edəcək.
“Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə- Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Qazaxıstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan, Azərbaycan dövlətlərinin tələbə ifaçı və münsifləri iştirak edəcəkdir.
Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 Avro təşkil edir.
Qeyd edək ki, 2013-cü ilin 21 iyun tarixdə ölkəmizdə ilk dəfə keçirilmiş “Univiziya” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsində Rusiya, Belarus, Rumıniya, Almaniya, Polşa, Litva, Moldova, Estoniya, Yunanıstan, Albaniya, Azərbaycan, İndoneziya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə, Pakistan, Meksika və Braziliya ölkələrində yerləşən 20 təhsil müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 61 tələbə ifaçı və juri iştirak edib.
Mətbuat konfransının sonunda püşkatma mərasimi keçirilib.
II Beynəlxalq “Univiziya” Tələbə Mahnı Müsabiqəsində iştirak edən ölkələrin çıxış ardıcıllığı
1. Braziliya
2. Serbiya
3. Yunanıstan
4.Vyetnam
5. Rusiya
6. Pakistan
7. Argentina
8. Azərbaycan
9. Estoniya
10. İordaniya
11. Macarıstan
12. Moldova
13. Fransa
14. Xorvatiya
15. Ukrayna
16. Belarus
17. Şri-Lanka
18. İndoneziya
19. Qırğızıstan
20.Albaniya
21. Qazaxıstan

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info