“Vətənimizin hər bir uğuru bizi sevindirir”
Tarix: 19.05.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Camal Səfərov: “Sənayenin inkişafı abituriyentlərin texniki fənlərə yönəlməsinə səbəb olub”
“Ölkəmizdə özəl sektorun inkişafı ilə əlaqədar nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, şirkətlərin fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək malların istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək üçün professional idarəetməyə ehtiyac yaranıb. Ona görə də ölkəmizdə professional menecmentin bütün sahələrə tətbiqini müşahidə edirik.
Xaricdə təhsil alan azərbaycanlı gənclərlə bağlı layihənin növbəti müsahibi Mehmet Akif Ersoy Universitetinin İşlətmə fakültəsinin tələbəsi Camal Səfərovdur:
- Mən 30 yanvar 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2002- ci ildə Nəsimi rayonu 211 saylı məktəbə daxil olmuşam. 2006-cı ildən H.Mahmudbəyov adına texniki humanitar liseydə təhsilimi davam etdirmişəm, 2013-cü ildə liseyi bitirmişəm. Daha sonra Türkiyənin Mehmet Akif Ersoy adına Universitetin işlətmə fakültəsinə daxil olmuşam. Bu ixtisası seçməyimə gəldikdə isə adıçəkilən sahədə tələb olunan keyfiyyətləri özümdə görürəm. Belə ki, insanlarla effektli dolanmaq üçün tələb olunan şəxslərarası münasibət qurmaq, yaxşı təşkilatçılıq bacarığı, səbirli olmaq və qəfil problemləri həll etmək qabiliyyəti, əla ünsiyyət bacarığı, zəruri olduqda uzun müddət işləmək üçün tələb olunan dözümlülük qabiliyyətinə malik olmağım məndə bu peşənin dərindən öyrənmək məcburiyyəti yaratdı. Təhsil prosesində büdcə tərtibatı, mühasibat və maliyyə hesabatının aparılması, işlətmənin özünəməxsus imic və interyer planının yaradılması, bütöv işçi heyətinə bələdçilik və rəhbərlik etmək, xammalların keyfiyyətinin təyini, marketinq və həvəsləndirmə planlarını yerinə yetirmək, xidmət fəaliyyətlərinin keyfiyyətinin yoxlanması kimi tələb olunan bilik və bacarıqlara yiyələnmək üzrəyəm. Bizim universitetimiz Türkiyədə özünəməxsus yeri olan təhsil ocağıdır. Burada yüksək ixtisaslı mütəxəssislərin hazırlanması yolunda çox sayda professor - müəllim heyəti çalışır.
- Azərbaycanlı tələbələrlə birgə fəaliyyətiniz necə qurulub?
- Universitetimizdə çox sayda azərbaycanlı tələbələr təhsil alır. Biz təşkilatlanaraq xalqımızın milli bayramlarını bir yerdə keçirir, matəm günlərini birgə qeyd edirik. Bir azərbaycanlı tələbə olaraq Vətənimizin tanıdılması bizim üçün o qədərdə çətin deyil. Belə ki, qardaş türk xalqı ilə adət-ənənələrimiz olduqca oxşardır. Dərdlərimiz də eynidir. Əsasən Afrikadan, Avropadan gələn tələbələrə Vətənimiz haqqında, işğal altında olan torpaqlarımız, Xocalı soyqırımı haqqında geniş məlumat veririk. M.A.Ersoy Universitetinin nəzdində Türk Dünyası Araşdırmalar topluluğunun üzvüyəm. Sonuncu tədbirlərdən biri kimi topluluğun keçirdiyi Xocalı faciəsinə həsr olunmuş konfransda, erməni soyqırımına həsr olunmuş tədbirdə fəal iştirak etmişəm. Bundan sonra da bu istiqamətdə əlimizdən gələni edəcəyik.
-Menecment, ölkəmiz üçün yeni bir ixtisasdır. Bunun tətbiqi ölkəmiz üçün nə verə bilər?
- Menecment - idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Deməli, menecment - bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir. Hazırda ölkəmizdə özəl sektorun inkişafı ilə əlaqədar nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, şirkətlərin fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək malların istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək üçün professional idarəetməyə ehtiyac yaranıb. Ona görə də ölkəmizdə professional menecmentin bütün sahələrə tətbiqini müşahidə edirik.
- Son vaxtlar ali məktəblərə qəbul prosesində gənclərimiz artıq texniki fənlərə daha çox üstünlük verirlər. Bunun səbəbləri ilə bağlı nə deyərdin?
- Son illər Azərbaycanda aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər, sənayenin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi elm, təhsil və iqtisadi sahəyə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, abituriyentlərin qəbul prosesində texniki fənlərə yönəlməsinə səbəb olub.
- Sizcə, xaricdə təhsil gənclərimizə nə verir?
- Azərbaycanda xarici şirkətlər, təşkilatlar çoxalır. Çalışırlar ki, onların mədəniyyətini, təhsilini görmüş adamlarla işləsinlər. Bu baxımdan xaricdə təhsil alanlar daha asan iş tapırlar. Xaricə gedib-gələn tələbələrlə burda oxuyanlar arasında çox fərq var. Tələbələr birinci kursdan müxtəlif təlimlərə, proqramlara qatılır, dilini inkişaf etdirir. Bu, gələcəkdə daha normal işdə çalışmaqdan ötrü çox vacibdir.
- Boş vaxtlarında nə ilə məşğul olursan?
- Boş vaxtlarımda idmanla məşğul oluram. Yunan-Roma güləş növünü çox sevirəm. Arzum yarışlarda iştirak edib Azərbaycanın bayrağını daha da yüksəltməkdir. Ümumiyyətlə, uşaqlıqdan idmanı çox sevirəm. Hələ kiçik yaşlarımdan taekvondo növü, daha sonra sərbəst güləş, son dönəmdə yunan-Roma güləş növü ilə məşğul olmuşam. Bir necə turnirdə iştirak edib fəxri fərmanlar qazanmışam. Bildiyiniz kimi ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində atılan addımlar, görülən işlər bir-birini əvəz edir. İdmançılara göstərilən dövlət səviyyəsində diqqət və qayğı günbəgün artır. Bu da idmanla məşğul olan hər bir kəs kimi məni də ruhlandırır. Təhsillə əlaqədar boş vaxtlarımda idmanla məşğul oluram. Hazırda Türkiyədə universitetlərarası turnirdə iştirak etməyə hazırlaşıram.
-Təhsilini başa vurduqdan sonra iş fəaliyyətini necə qurmaq istəyərdin?
- Gələcəkdə təhsilimi magistratura pilləsinə qədər davam etdirmək istəyərdim. Azərbaycan hökuməti xaricdə oxuyan tələbələrə diqqət və qayğı göstərir. Biz bu qayğını hər zaman hiss edirik. Çalışmaq üçün professional restoran meneceri olmaq və brend restoran şəbəkəsini idarə etmək istəyərdim. Belə ki, hazırda Bakıda bu sahədə rəqabətin az olduğunu, şadlıq evləri səviyyəsində idarəetməni görmək mümkündür. Ümumiyyətlə, idarəedici vəzifələrə yüksəlmək təcrübə və müsbət mövqe ilə mümkündür. İşlətmə geniş profilli olduğu üçün həmçinin otel meneceri, istirahət mərkəzinin meneceri, qida xidməti meneceri kimidə fəaliyyət göstərmək istəyərəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ölkədən uzaqda olsaq da Vətənimizin hər bir uğuru bizi də sevindirir. Bu iqtisadi yüksəlişdə biz gənclərində iştirak etməsi üçün yüksək ixtisaslı mütəxəssis olmamız vacib şərtdir. Düzgün idarə olunan iqtisadiyyat daha dayanıqlı və mənfəətli olar. Biz xaricdə təhsil alan tələbələr bu sahədə Vətənə xidmət etməyə hazırıq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info