İstehlaka yararsız məhsullar məhv edilib
Tarix: 19.05.2014 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Binəqədi rayonunda Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, ev 2A ünvanında Ülviyyə Mürşüdovaya məxsus mağazada; Abşeron rayonunda Qobu qəsəbəsində Elgün Orucova, Əliağa Ağababayevə və Fərid Məmmədova məxsus mağazalarda; Bakı-Şamaxı şosesində Vüsal Talıbova məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların; Bakının Nəsimi rayonunda M.Qaşqay küçəsi, ev 34 ünvanında Sərdar Əsgərova məxsus mağazada; Binəqədi rayonunda Mir Cəlal küçəsi, ev 127 ünvanında Neymət Abuşova məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların; Bakının Binəqədi rayonunda Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, ev 3 ünvanında Yusif Gülmalıyevə məxsus mağazada; Gəncə şəhərində N.Nərimanov prospektində Röyal Binnətova və Nihad Məmmədova məxsus mağazalarda; Ağdaş şəhərində M.Ə.Rəsulzadə küçəsində Ramin İbrahimova məxsus mağazada; İmişli şəhərində
- Bakı küçəsində Ələddin Əmiraslanova məxsus mağazada; Qusar şəhərində H.Z.Tağıyev küçəsində İlham Şixverdiyevə məxsus mağazada; Masallı şəhərində Seybətin küçəsində İlkin Əkbərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, monitorinqlər zamanı 115 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info