Çinin “Amerikanı qorxutmaq” üçün lazım olan silah sistemləri
Tarix: 20.05.2014 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Son 20 ildə Çinin dünyada regional hərbi gücü sürətlə artmaqdadır. Hələ 30-40 il əvvəl Xalq Qurtuluş Ordusu köhnəlmiş silahlarla silahlansa da, düşmən üzərində say üstünlüyünə "xalq müharibə"si fövqündə diqqət ayırırdı.
Sonralar Çinin hərbi dəniz donanması ölkənin sahillərindən uzaqlaşaraq okeanın ənginliklərində mövqe tutmağı bacardı. Çin, hərbi ponensialını beşinci nəsil qırıcılar hesabına inkişaf etdirərək, ordu qüvvələrində də genişmiqyaslı modernləşdirməni həyata keçirdi. Hazırda saysız-hesabsız müxtəlif silah sistemlərinə malik ölkənin döyüş potensialı bəzi qonşu ölkələrlə yanaşı ABŞ-ı da narahat etməkdədir. Çinin qonşuları, eyni zamanda Amerika Birləşmiş Ştatları da onun hərbi inkişafını maraq və narahatlıqla müşahidə etməkdədirlər. Pekin Şərqi-Çin və Cənubi-Çin dənizində öz ərazi iddiaları çərçivəsində hərbi gücünü nümayiş etdirir. Çinin müasir silahları bu ərazidə Vaşinqton ilə böyük bir çəkişməyə çevrilsə belə, həlledici hərbi hərəkət etmək üçün Çinə geniş imkanlar verir. Çin ABŞ-la kiçicik miqyasda belə, münaqişə ehtimalını tanıyır və bu hadisə üçün müvafiq planlar qurur. O, Amerika qüvvələrinə qarşı yönəlmiş və bu ölkənin Çinin xaricində hərəkət qabiliyyətini məhdudlaşdıran silahların yaradılmasına investisiya ayırır. Əlbəttə, Çinlə ABŞ arasında müharibə şansı çox azdır. Yəni hər iki dövlət buna cəhd etmək istəməz. Bununla belə, ziddiyyət və rəqabətlərin mövcud olduğu şəraitdə müharibə ehtimalı tamamilə istisna da edilə bilməz.
Bunları nəzərə alaraq, ehtimala görə, Amerika Birləşmiş Ştatlarının da ən çox ehtiyat etdiyi Çin silah sistemləri haqqında danışmaq istəyirik.
Asiya-Sakit okean regionunda ABŞ qüvvələri üçün ən təhlükəli silah Çinin Dong Feng-21D ballistik raketləri hesab edilir. Bu silah təyyarə daşıyıcıları üçün bir növ “killer” rolunda çıxış edir. DF-21D orta mənzilli ballistik raketi xüsusi olaraq ABŞ-ın təyyarə daşıyıcılarına hücum etmək üçün nəzərdə tutulub. Bu sistemin uçma məsafəsi 1500 km-dən bir qədər çoxdur. Bu sistem ən böyük gəmilərə belə ciddi zərər vermək və hətta, onu batırmaq iqtidarındadır. Bir təkərli şassi üzərində yerləşdirilmiş DF-21D mürəkkəb mobil kompleksə malikdir. Onun yerini buraxılışdan əvvəl müəyyən etmək mümkün deyil və “hypersonic” sürətlə uçan bu raketi vurmaq çox çətindir. Çinin hərb sənayesində daha bir uğuru beşinci nəsil J-20 qırıcı təyyarələridir. İki mühərriklə təchiz edilmiş bu təyyarələr hazırda nümayiş mərhələsi keçir. J-20 təyyarəsinin layihəsini verənlər iddia edirlər ki, bu təyyarələr verilən bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır. Təyyarə uzun mənzili qət etmək və yüksək sürətlə yanaşı, gizli xüsusiyyətlərə də malikdir. Çin bu təyyarələrin, nümunə üçün hələ ki 3-nü nümayiş etdirir. Onun kütləvi istehsalı təqribən 2020-ci ildə həyata keçiriləcək. Ötən onilliklər ərzində ABŞ-ın hərbi sənayesi kosmik silahları ilə dünyada üstünlüyünü nümayiş etdirirdi. Lakin Çinin peyk əleyhinə SC-19 əməliyyat sistemi əvvəllki DF-21 sistemindən müasirliyi, optimallığı ilə irəli doğru bir addımdır. Bütün bu deyilənlərə rəğmən, Avstraliya Milli Universitetinin professoru Desmond Ballın təbirincə desək, Çinin belə silah növləri yaratması böyük bir sürprizə səbəb olmamalıdır. Onun fikrincə, bu, Çinin ABŞ ilə müharibəyə hazırlığı məntiqi deyil. Bütün bunlar Çinə öz qonşuları ilə yanaşı Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq üçün inam verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info