Zaqatalanın ucqar dağ kəndlərində iki yeni məktəb binası
Tarix: 20.05.2014 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunun ucqar və dağlıq ərazidə yerləşən Cimcimax və Qarqay kəndlərində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş orta və ümumi orta məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən 80 və 50 şagird yerlik yeni məktəb binaları kollektivlərin istifadəsinə verilib.
Rayon rəhbərliyinin və kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimlərində iki il əvvəl bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs olunub. Bildirilib ki, təbii fəlakət nəticəsində Zaqatala rayonunda minlərlə fərdi ev, habelə xeyli sayda sosial təyinatlı obyekt, o cümlədən məktəb binaları qəzalı vəziyyətə düşmüşdü. Prezidentin göstərişinə uyğun olaraq, qəzalı tikililər qısa müddət ərzində sökülüb, yerində xüsusi layihələr əsasında zəlzələlərə davamlı yeni evlər və binalar tikilib. Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində indiyədək 22 yeni məktəb binası tikilib istifadəyə verilib. Daha iki məktəb binasının, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni binanın tikintisi yekunlaşmaq üzrədir.
Məktəb binalarının açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info