“Sazişlər ikitərəfli əməkdaşlığımızı daha da genişləndirəcək”
Tarix: 20.05.2014 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


“Bu ilin yayında Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair saziş qüvvəyə minəcək, sentyabr ayından isə Azərbaycan vətəndaşları endirilmiş qiymətlərlə sadələşdirilmiş prosedur əsasında Avropaya səyahət edə biləcəklər”.
Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard deyib. O bildirib ki, bu, həqiqətən də gələcək üçün böyük bir addımdır.
M. Mard qeyd edib ki, hazırda Azərbaycanla AB arasında assosiasiya sazişi üzrə danışıqlar aparılır, həm də əlavə bir saziş üzrə danışıqlar gedir: “Həmin sazişlər ikitərəfli əməkdaşlığımızı daha da genişləndirəcək”.
Avropa Komissiyasının prezidenti Joze Manuel Borrozonun Azərbaycana nəzərdə tutulan səfərindən danışan diplomatın sözlərinə görə, onun Azərbaycana və regiona böyük marağı var, lakin səfərin tarixi hələlik bəlli deyil. Qeyd edək ki, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş ötən ilin noyabr ayında Vilnüs sammitində imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info