Azərbaycanlı gənc Rusiya Prezident Kitabxanasının müsabiqəsinin qalibi olub
Tarix: 20.05.2014 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


“AzərTAc”ın fotomüxbiri İlqar Cəfərov B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının "Bizim Olimpiada" fotomüsabiqəsinin qalibi olub.
Mükafatların təqdim edilməsi mərasimi mayın 19-da Sankt-Peterburqda keçirilib. “AzərTAc”ın fotomüxbirinin işləri müsabiqəyə təqdim edilib 1500 fotoqrafiya arasında ən yaxşılardan hesab edilib. İlqar Cəfərov "Daha sürətli! Daha yuxarı! Daha güclü!" və "Sankt-Petreburqun Olimpiya ənənələri" nominasiyalarında qalib gəlib.
Müsabiqə 2014-cü il yanvarın 24-dən martın 24-dək keçirilib. Müxtəlif ölkələrdən 300-ə yaxın iştirakçı öz işlərini müsabiqəyə göndərib. Onların arasında Azərbaycan, Bolqarıstan, Belarus, Almaniya, Qazaxıstan, Ukrayna və Rusiya nümayəndələri olub.
Müsabiqəyə yekun vuran münsiflər heyətinin sədri Rusiya Qəhrəmanı, altı dəfə Olimpiya çempionu Lyubov Yeqorovadır. Münsiflər heyətinin üzvləri olimpiya hərəkatı, Soçi Olimpiya oyunlarının parlaq şəkildə təşkil edilməsi, idmançıların mübarizəsi və azarkeşlərin dəstəyi mövzularına həsr edilmiş 1500-dən çox işin təqdim edildiyi müsabiqənin qaliblərinə və laureatlarına mükafatları təntənəli mərasimdə təqdim ediblər.
Müsabiqəyə təqdim olunmuş işlər aşağıdakı nominasiyalar üzrə qiymətləndirilib: "İdmanın birləşdirdiyi dünya", "Soçi - inkişaf ərazisi", "Daha sürətli! Daha yuxarı! Daha güclü!" və "Sankt-Peterburqun olimpiya ənənələri". Müsabiqənin final mərhələsinə çatmış bütün işlər Prezident Kitabxanasının Olimpiya Kolleksiyasına daxil ediləcək.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov mərasimdə çıxış edib. O, qeyd edib ki, “AzərTAc”ın fotomüxbirinin bu müsabiqədə nail olduğu yüksək nəticə Azərbaycan xalqının zəngin yaradıcı potensialını və müxtəlif xalqların dinc yanaşı yaşamasına imkan verən Sankt-Peterburqun xüsusi ab-havasını təsdiq edir. Baş konsul deyib: "Rusiyanın Soçidə parlaq səviyyədə keçirdiyi olimpiada da birlik nümunəsi oldu".
Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşinin vurğulamışdır ki, müsabiqəyə təqdim edilmiş işlər peşəkar idman biliciləri və tanınmış ictimai xadimlər tərəfindən qiymətləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Sosial media terror fəaliyyətinin cəmiyyətə təsirini artırır”
18.12.2018
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
18.12.2018
Makedoniyalı siyasətçi: “Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
18.12.2018
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər müzakirə edilib
18.12.2018
AQTA media nümayəndələri üçün təlimə start verib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info