“Azərbaycan Gürcüstanın ən vacib ticarət tərəfdaşlarından biridir”
Tarix: 20.05.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


“Gürcüstan Rusiya bazarını digərlərinə, xüsusilə də Azərbaycan bazarına alternativ qismində heç vaxt nəzərdən keçirməyib”. Bunu Gürcüstanın maliyyə naziri Nodar Xaduri deyib.
O, Gürcüstana ixrac strukturunda Rusiyanın payının artması fonunda Azərbaycanın bu ölkəyə ixracda xüsusi çəkisinin azalmasını şərh edərkən deyib ki, Gürcüstan Azərbaycana marağını heç vaxt itirməyəcək: "İdxal-ixrac baxımından ölkəniz Gürcüstanın ən vacib ticarət tərəfdaşlarından biridir və biz Azərbaycan bazarında öz payımızı bərpa etmək istəyirik".
Gürcüstana ixrac strukturunda Azərbaycanın xüsusu çəkisi I rübün nəticələrinə əsasən il ərzində 25,4-dən 20,9 faizədək azalıb. Rusiyanın isə Gürcüstana ixracda payı müvafiq olaraq 2,5-dən 9,7 faizədək artıb.
Nazir vurğulayıb ki, Gürcüstan inkişaf etməkdə olan bazarlarda iştirak etməkdə maraqlıdır: "Xüsusilə, bu, qonşu bazarlara və Mərkəzi Asiya regionuna aiddir".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info