Ukraynalı milyarder: “Bizi qorxutmaq və dayandırmaq mümkün deyil!”
Tarix: 20.05.2014 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Ukraynanın ən zəngin iş adamı, ölkənin şərqindəki əksər sənaye müəssisələrinin sahibi olan Rinat Əhmədov öz müəssisələrində çalışan fəhlələri separatçılığa qarşı xəbərdarlıq tətili keçirməyə çağırıb.
Ukrayna xəbər agentliklərinin verdiyi məlumata görə, R. Əhmədov “Ukraina” telekanalının efirində təcili bəyanatla çıxış edib.
R. Əhmədov insanların qorxu içində yaşamaqdan yorulduğunu vurğulayıb: “Bu gün Mariupol sakinləri sülh marşı keçirmək istəyib. Mənə dedilər ki, 50 min dən çox adam aksiyaya çıxmağa hazırlaşır. Təkcə Mariupol şəhərində bu qədər adam küçələrə çıxmaq niyyətindədir, bütün Donbassda isə belələrinin sayı milyonlarladır. Niyə? Çünki insanlar qorxu və terror şəraitində yaşamaqdan, küçəyə çıxanda gülləyə tuş gəlməkdən yorulub. İndi Donbassda avtomatlar və qumbaraatanlarla gəzirlər, şəhərlərdə quldurluq, soyğunçuluq hökm sürür. Məgər dinc həyat belə olur? Belə vəziyyətdə güclü iqtisadiyyat, layiqli iş və layiqli əməkhaqqı necə mümkün ola bilər? Mən hər kəsə söyləmək istəyirəm: Bizi qorxutmaq və dayandırmaq mümkün deyil! Heç kim, o cümlədən özünü hansısa Donetsk respublikası elan edənlər bunu bacarmayacaq. “Donetsk respublikası”nın liderlərini axı kim tanıyır? Onlar Donbass üçün nə ediblər? Heç nə. Onlar əslində Donbassa qarşı mübarizə aparır. Bu, Donbassa qarşı soyqırımdır”.
R. Əhmədov bölgənin əmək kollektivlərini xəbərdarlıq tətilinə çağırıb: “Mən bütün əmək kollektivlərini öz iş yerlərində xəbərdarlıq aksiyasına səsləyirəm. Aksiya Donbassın bütün müəssisələrində günorta fit səsi ilə başlayacaq. Nə qədər ki, sülh əldə olunmayıb, hər gün saat 12.00-da bütün Donbassda bu cür fit səsi eşidiləcək”.
Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərində gərginliyin başladığı gündən bəri Rinat Əhmədov ilk dəfədir ki, separatçılığa qarşı konkret addımlar atır. Bölgənin ən güclü adamı olan məşhur iş adamının bu mövqeyi separatçılara qarşı sarsıdıcı zərbə kimi qiymətləndirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli dövlətlərin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir“
15.10.2019
“Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
15.10.2019
Müxalifətin “qəhrəmana” çevirdiyi qadın müxalifəti tənqid etdi: VİDEO
15.10.2019
Ərdoğanın Bakı görüşləri
15.10.2019
Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info