Əsas kapitala qoyulan xarici investisiyalar 22 faizdən çox artıb
Tarix: 20.05.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyaların ümumi həcmi 1,44 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22,26 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-aprel aylarında əsas kapitala qoyulan sərmayələrin 85,4 faizi (1231,9 milyon manat) Böyük Britaniya, ABŞ, Norveç, Türkiyə, Çexiya, Yaponiya və Fransa investorlarının payına düşür.
Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 29,1 faiz, investisiyaların özü isə 420,1 milyon manat təşkil edib.
Hesabat dövründə ölkə iqtisadiyyatına ABŞ 162,11 milyon manat (11,2 faiz), Norveç 246,22 milyon manat (xüsusi çəkisi 17,1 faiz), Türkiyə 144,91 milyon manat (10,1 faiz), Yaponiya 88,39 milyon manat (6,1 faiz), Fransa 81,25 milyon manat (5,6 faiz), Çexiya isə 88,91 milyon manat (6,2 faiz) investisiya qoyub.
Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (1,6 faiz xüsusi çəki ilə 23,53 milyon manat). Asiya İnkişaf Bankı yanvar-aprel aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 17,9 milyon manat (1,2 faiz) ayırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info