Konyada mədəni irsin mühafizəsi ilə bağlı simpoziumu keçirilib
Tarix: 20.05.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Türkiyənin Konya şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə), İtaliya Konservasiya Alimləri Assossasiyası (İtaliya), Yeraltı Arxeologiya Təşkilatı (İspaniya), Arxeologiya Birliyi (Makedoniya) və Konya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib. Konfransda Türkiyə, Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Çexiya, eləcə də Balkan ölkələrindən müxtəlif elmi müəssisələri təmsil edən 150-dən çox elm adamı maraqlı məruzələrlə çıxış edib.
Mövlanə Mədəniyyət Evində başlanan simpoziumu giriş sözü ilə Təşklat komitəsinin katibi Ahmet Aytaç açıb. O, Soma faciəsi ilə əlaqədar olaraq üzüntülərini dilə gətirib, simpozium iştirakçıları adından həlak olanların yaxınlarına başsağlığı verib və yaralananlara şəfa diləyib. Təşkilat Komitəsinin həmsədrləri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Azərbaycan) və dosent Osman Kunduracı (Türkiyə) matəm təziyələrinə qoşulub, əksər tədbirlərin təxirə salındığını qeyd ediblər.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən AMEA-nın müxbir üzvü Vəli Əliyev türk xalqlarının qədim tarixinin öyrənilməsindən, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əsnayə Şükürova Azərbaycanda son illərdə aparılan mədəni irs siyasətindən bəhs ediblər. Səlcuq Universitetinin prorektoru, Prof.Dr. Mustafa Şahin və Konya Böyükşəhər Bələdiyyəsi baş katibinin köməkçisi Şenol Aydın simpoziumun Konyada keçirilməsindən məmnun olduqlarını və maraqlı keçməsi üçün bütün imkanlarından istifadə etdiklərini vurğulayıblar. Açılışa sabiq nəqliyyat naziri, millət vəkili Oktay Vural, Konya kültür və turizm müdiri Mustafa Çıpan, Konya əlyazmalar kitabxanasının müdiri Bekir Şahin də qatılıb.
AMEA-nın müxbir üzvü, tanınmış arxeoloq Vəli Əliyev "Naxçıvan və Anadolunun Tunc dövrü petroqlifləri", AMEA-nın müxbir üzvü, tanınmış memar Cəfər Qiyasi "Şeyx Babı xanəgahı", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Mehrəvan şəhər yerində ilkin arxeoloji tədqiqatların bəzi nəticələri", AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, professor Kübra Əliyeva "Azərbaycan incəsənətində "Dünya ağacı" və "Həyat ağacı"nın təsvirləri və onların mifoloji kökləri", professor Rayihə Əmənzadə "Orta əsr Azərbaycan türbələrinin konstruksiyaları (XI-XVII əsrlər)", Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Naxçıvan Muxtar Respublikasında ədəbiyyat və incəsənətin inkişafı tarixindən (1920-1930-cu illər)" mövzularında məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Ümumiyyətlə, Azərbaycandan simpoziuma 60-dan çox məruzə və poster təqdim edilib.
Professor Örcün Barıştanın sədrliyi ilə keçən yekun iclasda İzzet Koyunoğlu Muzeyinin direktoru Hasan Yaşar, professor Taciser Onuk, professor Luigi Scrinzi, dosent Yaşar Erdemir, dosent Osman Kunduraçı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Ahmet Aytaç çıxış edərək simpoziumla bağlı təəssüratlarını bildiriblər. "Expo Milan 2015" nəzərə tutularaq IX Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumunun İtaliyanın Verona şəhərində keçirilməsi qərara alınıb.
Simpoziumun gedişi ərzində İzzet Koyunoğlu Muzeyinin sərgi zalında "Türk əl sənətləri sərgisi" və simpoziuma təqdim olunan posterlər nümayiş olunub. Azərbaycandan qatılmış elm və sənət adamlarının poster və əsərləri də burada yer alıb.
AMEA-nın müxbir üzvü Vəli Əlyev Səlcuq Universitetinin ənənəvi olaraq hər il təqdim olunan "Bilime, Sanata Katkı Ödülü" ilə mükafatlandırılıb. Konfrans təşkilatçıları bir-birinə qarşılıqlı olaraq plaketlər və hədiyyələr təqdim ediblər.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin adından plaketi alan Əsnayə Şükürova nazirliyin Azərbaycanı tanıdan nəşrlərindən ibarət hədiyyələrini Muzeyə və Simpozium təşkilatçılarına təqdim edib.
Konfransın son günü iştirakçılar Çatal Höyük neolit dövrü abidəsi, Mövlanə Cəlaləddin Ruminin türbəsi və xatirə muzeyi ilə tanış olublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info