NATO yardımları artıq Ukrayna sərhəddindədir
Tarix: 20.05.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


“NATO ölkələrinin Ukraynaya göndərdiyi hərbi yardımın bir hissəsi artıq ölkəmizin sərhədlərindədir”. UNİAN-ın verdiyi məlumata görə, bunu NATO-nun mənzil-qərargahında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. O, bildirib: “Dəbilqələr, zirehli gödəkçələr, gecə görmə cihazları, ilkin tibbi yardım ləvazimatları və NATO ölkələrindən göndərilən digər zəruri avadanlıqları artıq Ukrayna sərhədinə çatıb və bir neçə günə Ukrayna ordusuna təhvil veriləcək”.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi söyləyib ki, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi müharibə metodları ölkənin müdafiə sektorunun islahatını tələb edir: “Rusiyanın bizə qarşı apardığı yeni müharibə metodları – ordu ilə yanaşı diversiya qruplarından, kriminal ünsürlərdən istifadə edilməsini, informasiya müharibəsinin aparılmasını ehtiva edən “hibrid müharibə” tələb edir ki, biz müdafiə sektorumuzun yenidən qurulmasını və islahatını həyata keçirək. Məhz bu mövzu NATO-da apardığımız danışıqların əsas hissəsini təşkil etdi”.
A. Parubiyin sözlərinə görə, NATO üzrə tərəfdaşlar anlayır ki, Putini Ukraynada dayandırmasalar, məlum deyil ki, sabah onun tankları harada peyda olacaq. O, Rusiya qoşunlarının hələlik Ukrayna sərhədlərindən geri çəkilmədiyini vurğulayıb: “Belə görünür ki, Rusiya ordusu çox intizamsızdır, çünki Putin artıq üçüncü dəfədir onlara geri çəkilməyi əmr edir, lakin onlar heç cür geri çəkilmirlər. Əslində isə bu, dünya ictimaiyyətini aldatmaq məqsədi güdür”.
Qeyd edək ki, mayın 19-da Brüsseldə NATO-Ukrayna işçi qrupunun iclası keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info